Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər | 1news.az | Xəbərlər
Cəmiyyət

Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

10:57 - 25 / 01 / 2021
Rus sülhməramlılar Qarabağda antiterror təlimi keçirlər

Dağlıq Qarabağdakı Rusiya sülhməramlıları müşahidə məntəqələrinin müdafiəsi ilə bağlı mütəmadi təlimlər keçirirlər.

1news.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

"Rus hərbçiləri Dağlıq Qarabağdakı müşahidə məntəqələrində xidmət edərkən mütəmadi olaraq antiterror təlimi keçirlər", - açıqlamada bildirilib.

Həmçinin qeyd olunub ki, Rusiyanın Dağlıq Qarabağdakı sülhməramlı kontingentinin müşahidə məntəqələrinin hərbçilərinin atıcı silahlardan və qəlpələrdən qorunması üçün yoxlama məntəqələri blokpostlarla təchiz olunub.

1news.az

Paylaş:
475

Son xəbərlər

Bütün xəbərlər