Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək | 1news.az | Xəbərlər
Siyasət

Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək

10:36 - 27 / 01 / 2021
Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasında hərbçilərin Azərbaycanda fəaliyyəti müzakirə ediləcək

Türkiyə Milli Təhlükəsizlik Şurasının 2021-ci ildə ilk iclası yanvarın 28-də baş tutacaq.

1news.az Trend-ə istinadən bildirir ki, ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək iclasda türkiyəli hərbçilərin Azərbaycandakı fəaliyyəti müzakirə mövzusu olacaq.

Bundan başqa, iclas zamanı Türkiyə ilə Yunanıstan arasındakı Şərqi Aralıq dənizi məsələsi, Türkiyə ordusunun Liviyada və Suriyada fəaliyyəti və terrorla mübarizə məsələləri müzakirə mövzusu olacaq.

1news.az

Paylaş:
780

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər