Agentlik sədri Kəlbəcər yolunun çəkilişinin başlanacağı tarixi açıqladı | 1news.az | Xəbərlər
Siyasət

Agentlik sədri Kəlbəcər yolunun çəkilişinin başlanacağı tarixi açıqladı

11:56 - 22 / 02 / 2021
Agentlik sədri Kəlbəcər yolunun çəkilişinin başlanacağı tarixi açıqladı

Ölkə rəhbəri tərəfindən Agentliyə azad olunmuş torpaqlarımıza aparan yolları qısa müddətdə bərpa ermək tapşırığı verilib.

1news.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) İdarə Heyətinin sədri Saleh Məmmədov qurum tərəfindən 2020-ci il ərzində yerinə yetirilmiş işlər və qarşıda duran vəzifələrə həsr olunmuş brifinqdə bildirib.

O qeyd edib ki, hazırda Kəlbəcərə yeni yol çəkilişinin layihələndirilməsi aparılır:

"Cənab Prezident rayonun işğaldan azad olunan günü gözləmədən bizə tapşırıq vermişdi ki, Kəlbcərə gedən yolla bağlı işlərə başlayaq.

Yeni yol çəkilişi Gəncə-Göygöldən keçəcək. Hələlik düşmənlə birgə yaşayşın təminatına qədər Tərtər-Ağdərə-Kəlbəcər yolundan sülhməramlıların iştirakı ilə istifadə edirik. Ölkə başçısının tapşırığıa əsasən, əhalinin təhlükəsiz keçidini təmin etmək məqsədilə yeni yol inşa edilir. Artıq 2 aya yaxındır yolun layihələndirilməsi həyata keçirilir. Yol çəkilişi Türkiyə şirkətilə birgə aparılacaq. Martdan etibarən Kəlbəcər yolunun çəkilişinə başlanılacaq".

1news.az

Paylaş:
1364

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər