Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib - FOTO

S.Xankişiyeva18:00 - 25 / 02 / 2021
Boston şəhər meri 26 fevral tarixini Xocalı soyqırımının anım günü elan edib - FOTO

Bununla bağlı şəhər merinin imzaladığı bəyannamədə bildirilir ki, fevralın 26-da Amerika azərbaycanlıları, Azərbaycan xalqı, eləcə də Azərbaycanın dünyadakı dostları Human Rights Watch təşkilatının "1990-cı illərin ən böyük qırğını” adlandırdığı Xocalı soyqırımının 29-cu ilini qeyd edəcəklər.

Diasporla İş üzrə Dövlət Komitəsindən 1news.az-a verilən məlumata görə, qeyd edilir ki, 25 və 26 fevral 1992-ci il tarixlərində, Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının dəstəyi ilə mühasirəyə alınan Xocalı şəhərini işğal edib, 83 uşaq və 70 qoca, 106 qadın da daxil olmaqla 613 mülki şəxs öldürülüb.

Səkkiz ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb,1275 mülki şəxs girov götürülüb, 150 nəfər itkin düşüb.

Xocalı soyqırımı müharibə dövründə verilə bilən dəhşətli ziyanın ağrılı bir xatırlatmasıdır və dünya xalqları arasında daha çox anlaşma, ünsiyyət və tolerantlığa ehtiyac olduğunu göstərir.

Bunları nəzərə alaraq ABŞ-ın Massaçusets ştatının paytaxtı Boston şəhər meri Martin J. Walsh 26 fevral 2021-ci ili Xocalı faciəsinin anım günü elan edib.

Bostonda bəyanat Nyu-England Azərbaycan Mərkəzinin rəhbəri Roza Şəhzadənin təşəbbüsü ilə qəbul edilib.

Qeyd edək ki, Xocalı soyqırımının 29-cu ildönümü ərəfəsində ABŞ-ın Minnesota ştatının qubernatoru, Florida ştatının Aventura və Holondeyl Biç şəhərlərinin merləri, Men ştatının Portlənd şəhərinin meri və İllinoys ştatının Skoki şəhərinin meri tərəfindən də oxşar bəyanatlar qəbul edilib.

Paylaş:
370

Son xəbərlər

Efiopiya ilə iqtisadi əməkdaşlıq imkanları müzakirə olunubBu gün, 19:16“Qarabağ” – “Lion” oyununa 22000 bilet satılıbBu gün, 17:51Azərbaycan millisi FIFA reytinqində irəliləyibBu gün, 17:40“Trendyol”dan azərbaycanlı müştərilər üçün “Əfsanə günlər” kampaniyası - FOTOBu gün, 17:28Sabah Yasamal rayonunun qaz təchizatında müvəqqəti fasilə yaranacaqBu gün, 17:22Xəzərdə zəlzələ olubBu gün, 17:01Azərbaycan və Türkiyə hərbçiləri birgə təlimdə növbəti tapşırıqları icra ediblər - FOTOBu gün, 16:42Bəzi yerlərdə leysan olacaq, qar yağacaq - XƏBƏRDARLIQBu gün, 16:40Kuryerlərə qarşı dələduzluq edən şəxs saxlanılıbBu gün, 16:255 hərbçinin öldüyü dəhşətli qəzada ağır yaralanan yeniyetmə xəstəxanada dünyasını dəyişibBu gün, 16:13“Araz-2024” birgə taktiki təlimi başa çatıb - FOTOBu gün, 15:58Ağadadaş Ağayevin məhkəməsi keçirildiBu gün, 15:44Ordubadda hərbi sursat aşkar edilibBu gün, 15:33“PAŞA Holding” COP29-da qlobal əlaqələri möhkəmləndiribBu gün, 15:20Sahibkarları şantaj edən sayt rəhbərləri həbs edilibBu gün, 15:16Sumqayıtda avtomobil yanıb - VİDEOBu gün, 15:03Ağcabədi sakinindən 10 kiloqrama yaxın marixuana aşkarlanıbBu gün, 14:42Prezident Mərkəzi Nəbatat Bağının açılışında iştirak edib - FOTOBu gün, 14:09“Neftçi” – “Qarabağ” oyununun referisi bəlli olubBu gün, 13:54Cənubi Koreyada son 100 ilin ən güclü qar yağışı: 5 nəfər ölübBu gün, 13:43
Bütün xəbərlər