Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı

S.Xankişiyeva17:40 - 03 / 03 / 2021
Azərbaycan Beynəlxalq Bankının layihələri mükafatlar qazandı

Azərbaycan Beynəlxalq Bankının ötən il həyata keçirdiyi bir sıra layihələr Azərbaycan Banklar Assosiasiyasının mükafatlarına layiq görülüb.

Bank “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr”nominasiyaları üzrə ilin qaliblərindən olub.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankının əmək bazarında informasiya texnologiyaları mütəxəssislərinə olan ehtiyacın təmin edilməsi məqsədilə yaradılmış IBA Tech Akademiyasının fəaliyyəti çərçivəsində həyata keçirilən təhsil layihələri cəmiyyətdə böyük rəğbət doğurub. Bu layihələrlə yüzlərlə gəncin Akademiyada ödənişsiz təhsil alaraq peşəkar mütəxəssis kimi yetişməsinə şərait yaradılıb. Ötən il Bank cəmiyyət qarşısında sosial məsuliyyətinə uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna, Azərbaycan Ordusuna Yardım Fonduna, YAŞAT Fonduna böyük məbləğdə ianələr edib. Eyni zamanda koronaviruslu xəstələrin müalicəsinə kömək məqsədilə Türkiyədən 50-dən çox tibb heyətinin ölkəmizə gətirilməsini maliyyələşdirib.

Azərbaycan Beynəlxalq Bankının ölkəmizdə maliyyə savadlılığına, təhsilin dəstəklənməsinə xidmət edən korporativ sosial məsuliyyət layihələrindən biri də Massaçusets Texnologiya İnstitutunun professoru C.Qruberin dünyanın aparıcı universitetlərində tədris edilən “Dövlət maliyyəsi və dövlət siyasəti” dərsliyinin Azərbaycan dilinə tərcümə və nəşridir.

Azərbaycan Beynəlxalq Bankı ötən il öz məhsul və xidmətlərini pandemiya dövrünün yeni reallıqlarına ən yaxşı şəkildə uyğunlaşdıran banklardan biri olaraq bir neçə layihəni ölkədə ilk dəfə uğurla icra edib. Fiziki və hüquqi şəxs müştərilərin Bankın xidmət ofislərinə gəlmək ehtiyacının aradan qaldırılması üçün məsafədən xidmət, o cümlədən hesab açmaq imkanları yaradılıb. Sahibkarların onlayn satışlarına dəstək məqsədilə IBA Link virtual POS terminal xidməti istifadəyə verilib. Nağdsız ödənişlərin təşviqi məqsədilə bir sıra kampaniyalar keçirilib və yeni məhsullar müştərilərin istifadəsi üçün təqdim edilib. Nağdsız ödənişlər zamanı millər qazandıran loyallıq kartı IBA miles, Tələbə məlumatlarını əks etdirən həm də ödəniş kartı olan Təhsil kartı təqdim edilib. Kəşbək qazanmaq fürsətləri artırılıb. Bankın IBA Mobile tətbiqi yenilənib və tətbiqə çoxsaylı funksiyalar əlavə edilib. Təmassız ödənişlərin artırılması məqsədilə yeni bankomatlarda təmassız ödəniş alətlərindən istifadə və Azərbaycan Dəmir Yollarında təmassız ödəniş alətləri ilə ödənişlər ölkədə ilk dəfə tətbiq edilib. NFC texnologiyalarının tətbiqi hesabına təmassız ödəniş dövriyyəsi yüksəlib.

Bank ötən il kiçik və orta sahibkarlarla tərəfdaşlıq əlaqələrini də gücləndirib. Kiçik və orta biznes layihələrinin maliyyələdirilməsi genişləndirilib. Sahibkarlarla işgüzar münasibətlərin inkişafı üçün Bank Sahibkarlar Klubunu yaradıb. Eyni zamanda FinTech sahəsində innovativ təşəbbüslərin dəstəklənməsi məqsədilə Azərbaycan Beynəlxalq Bankı 1-ci IBA Regional Hakatonunu keçirib və IBA İnnovasiyalar Mərkəzini yaradıb.

Azərbaycan Beynəlxalq Bankının “Korporativ sosial məsuliyyət”, “Ən fəal maliyyə savadlılığı dəstəkçisi”, “Ən fəal təhsil dəstəkçisi”, “Kiçik və Orta Biznesin maliyyə əlçatanlığının artırılması ilə əlaqədar tədbirlər keçirmiş ABA üzvü”, “Nağdsız ödənişlərin təşviqi sahəsində tədbirlərlə fərqlənən ABA üzvü”, “Elektron bankçılıq üzrə innovativ layihələr” nominasiyaları üzrə qalib olması bütün bu layihələrə verilən ictimai qiymətdir.

Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının universal və faydalı məhsul və xidmətləri barədə bütün məlumatları bankın 37 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi “Facebook” səhifəsindən əldə etmək olar.

Reklam hüququnda

Paylaş:
308

Son xəbərlər

İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü başlayıbBu gün, 13:41Bu il martın sonuna manatın real effektiv məzənnəsi azalıbBu gün, 13:32İlham Əliyev “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib - FOTO - YENİLƏNİBBu gün, 13:26Ağdamdakı Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzi fəaliyyətini dayandırdı - FOTO - YENİLƏNİBBu gün, 13:13“SABAH.incubation” “Green Hackathon” tədbirini uğurla tamamladı - FOTOBu gün, 13:08Azərbaycanda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçiriləcəkBu gün, 13:02Şənbə gününün havası açıqlandı: 32 dərəcə isti olacaqBu gün, 12:47“Bizim yaşıl gündəliyimiz COP-dan əvvəl də inkişaf edirdi”Bu gün, 12:42Azərbaycan Prezidenti: Biz təkcə COP29-u yaxşı təşkil etməli deyilik, eyni zamanda, yaxşı nəticələr əldə etməliyikBu gün, 12:26XİN: Avropa Parlamentinin qətnaməsi əsassızdırBu gün, 12:19İlham Əliyev: COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədirBu gün, 12:07Şirvanda narkotikə görə 6 nəfər saxlanıldıBu gün, 12:02Kamaləddin Qafarov: “Azərbaycan-Rusiya əlaqələri sürətlə inkişaf etdirilir”Bu gün, 11:52Bakıda velosipedlər üçün əlavə bölmə olan svetoforlar quraşdırılıb - FOTOBu gün, 11:45COP29-un rəhbər heyəti ispaniyalı nazir ilə görüşübBu gün, 11:32NİİM-dən sürücülərə və piyadalara müraciətBu gün, 11:15Qəbiristanlıqda yaradılan dəm-dəsgah - Bunun İslam dini ilə əlaqəsi varmı? - ŞƏRHBu gün, 11:12Bakıda evdə meyit tapılıbBu gün, 10:44Azərbaycanda 1000 vahiddən az olan ev təsərrüfatlarının uçotu aparılacaqBu gün, 10:3324 il əvvəl ulu öndər Heydər Əliyevə təqdim edilən daş parçası Ağdam Cümə məscidində - VİDEOBu gün, 10:25
Bütün xəbərlər