Azərbaycan nefti ucuzlaşdı: "Azeri Light"ın qiyməti 97 dollardan aşağı düşdü | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan nefti ucuzlaşdı: "Azeri Light"ın qiyməti 97 dollardan aşağı düşdü

1news Redaksiyası10:20 - Bu gün
Azərbaycan nefti ucuzlaşdı: "Azeri Light"ın qiyməti 97 dollardan aşağı düşdü

Dünya bazarında Azərbaycan neftinin qiymətində ucuzlaşma qeydə alınıb.

1news.az xəbər verir ki, "Azeri Light" markalı neftin bir barelinin qiyməti 1,48 ABŞ dolları və ya 1,5% azalaraq 96,93 ABŞ dollarına enib.

Neft bazarındakı mənbənin "1news.az"a verdiyi məlumata görə, hərraclarda "Brent" markalı neftin yanvar fyuçerslərinin qiyməti 91,24 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB bazasında "Azeri Light" neftinin bir bareli isə 2,04 dollar və ya 2,2% ucuzlaşaraq 91,98 ABŞ dollarına düşüb.

Qeyd edək ki, Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 65 dollar nəzərdə tutulub.

"Azeri Light" neftinin indiyədək ən aşağı qiyməti 2020-ci il aprelin 21-də 15,81 dollar, ən yüksək qiyməti isə 2008-ci ilin iyulunda 149,66 dollar olub. Bu markalı neft "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda hasil edilir. Layihədə SOCAR-ın payı 35,3% təşkil edir.

Paylaş:
97

Son xəbərlər

Bütün xəbərlər