Mülki əhaliyə qarşı fərqli yanaşma: erməni vəhşiliyi və Azərbaycan humanistliyi – TƏHLİL | 1news.az | Xəbərlər
Cəmiyyət

Mülki əhaliyə qarşı fərqli yanaşma: erməni vəhşiliyi və Azərbaycan humanistliyi – TƏHLİL

17:20 - 16 / 03 / 2021
Mülki əhaliyə qarşı fərqli yanaşma: erməni vəhşiliyi və Azərbaycan humanistliyi – TƏHLİL

Müharibənin yazılmamış qanunu var – müharibə mülki əhaliyə qarşı deyil, hərbçilərə qarşı aparılır. Lakin görünür bu qanun ermənilərə yaddır. Belə olmasaydı tarix boyu xalqımıza qarşı çoxsaylı qırğınlar, soyqırımları həyata keçirən bədnam qonşularmız mülki əhaliyə amansız divan tutmaz, qəddarlıqla qətlə yetirməzdilər.

Ermənilərin mülki əhaliyə qarşı qəddarlığını, vəhşiliyini hələ 1905-ci ildə azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanından bilirik. Həmin vaxt ən amansız toqquşmalar fevral və avqust aylarında Bakıda, may ayında isə Naxçıvan şəhərində baş verdi. 1905 -ci ildə təxminən 158 Azərbaycan qəsəbəsi dağıdıldı, minlərlə günahsız insan həlak oldu.

Ümumiyyətlə, 1905-1906-cı illərdəki erməni-müsəlman davasında İrəvan və Yelizavetpol quberniyalarında 200-dən artıq kəndi ermənilər yerlə yeksan edərək əhalisini soyqırıma məruz qoyublar. “Daşnaqsütyun” partiyası liderləri “erməni məsələsi”ni həll etmək, “Böyük Ermənistan” xülyasını reallaşdırmaq üçün bütün yerli təşkilatlara göstəriş göndərərək tələb etmişdi ki, İrəvan, Gənə və Qarabağ mahallarında olan bütün türk kəndlərini viran qoysunlar, bu kəndləri yerli əhalidən, yəni azərbaycanlılardan birdəfəlik təmizləsinlər.

1918-ci ildə ermənilər yenidən silahlanaraq günahsız azərbaycanlılara qarşı əsl soyqırımı həyata keçirdilər. Azğınlaşmış erməni quldurlar dinc azərbaycanlı əhalini qırıb-çatmaq üçün ən amansız üsullara əl atırdılar. Bəzi faktlar bunu açıq-aşkar sübut edir. Fövqəladə Təhqiqat Komissiyasının üzvü A. Y. Kluge bu komissiyanın sədrinə məruzəsində yazırdı: “Yaxşı silahlanmış, təlim keçmiş erməni əsgərlər çoxlu miqdarda pulemyotların müşayiəti ilə hücum edirdilər. Ermənilər müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini qırır, onları qılınc və xəncərlərlə doğram-doğram və süngülərlə deşik-deşik edir, uşaqları yanan evin alovları içərisinə atır, üç-dörd günlük çağaları süngünün ucunda oynadır, öldürülən valideynlərin südəmər körpələrinə rəhm etmir, hamısını öldürürdülər”.

Daşnak canilərinin törətdikləri cinayətlərin təhqiqi üçün 1918-ci ilin iyulun 15-də yaradılmış Fövqəladə Təhqiqat Komissiyasının sənədlərinə əsasən məlum olur ki, 1918-ci ilin mart soyqırımı zamanı təkcə Bakı şəhərində 10 mindən çox türk-müsəlman öldürülmüşdü. Bütün Azərbaycan ərazisində öldürülənlərin sayı isə 50 mini keçirdi. Təsadüfi deyil ki, hər il mart ayının 31-i azərbaycanlıların soyqırımı günü kimi qeyd edilir.

Öz çirkin xislətlərindən əl çəkməyən ermənilər Birinci Qarabağ müharibəsi zamanı da mülki insanlara qarşı görünməmiş qəddarlıq, əsl vəhşilik törətdilər. Bunun ən bariz nümunəsi Xocalı soyqırımıdır. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Rusiyanın 366-cı motoatıcı alayının köməyi ilə şəhəri mühasirəyə alan erməni caniləri günahsız əhaliyə əsl divan tutdular. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralandı. 1275 nəfər əsir götürüldü. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1992-ci ildə ermənilər Xocalı ilə yanaşı Qaradağlıda, Ağdabanda, Ballıqayada, 1993-cü ildə Başlıbeldə də dinc sakinlərə qarşı olmazın qəddarlıqlar törədib, onları qətlə yetiriblər.

2020-ci il sentyabrın 27-də başlayan İkinci Qarabağ müharibəsi zamanı da ermənilərin necə qəddar, vəhşi bir xalq olduqlarını bir daha gördük. Müzəffər Ordumuz qarşısında duruş gətirə bilməyərək məğlub olan düşmən bu dəfə də təxribata əl ataraq cəhbədən kənarda yerləşən, mülki əhalinin yaşadığı Azərbaycan şəhərlərinə və kəndlərinə raketlərlə atəş açmağa başladılar. Gəncə, Bərdə və Tərtər şəhərlərinin sakinləri daha çox ziyan çəkdi.

Baş Prokurorluğun 16 noyabrda açıqladığı rəqəmlərə görə , Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın şəhərlərinə raket atəşi nəticəsində 94 dinc sakin həlak olub, 414 dinc sakin isə yaralanıb. Ermənilərin Azərbaycanın şəhərlərini atəşə tutması nəticəsində həlak olanlar arasında azyaşlı uşaqlar da var.

Diqqət çəkən məqam həm də ondan ibarətdir ki, Azərbaycanın mülki əhalisinə qarşı törədilən qırğınlar, vandalizm aktları birbaşa Ermənistanın siyasi və hərbi rəhbərliyinin göstərişi ilə həyata keçirilib.

Ermənilərdən fərqli olaraq nə Azərbaycan rəhbərliyi, nə də Azərbaycan əsgəri heç vaxt mülki erməni əhalisinə atəş açmayıb, onları hədəfə almayıb. Əksinə, düşmənin mülki əhalisinə qarşı əsl humanizm, insanlıq nümayiş etdirib. Xüsusən İkinci Qarabağ müharibəsi zamanı dəfələrlə bunun şahidi olduq.

Ermənilər Kəlbəcəri işğal edən zaman əhaliyə rayonu tərk etmələri üçün cəmi on saat vaxt verdikləri halda, Ordumuz ermənilərə əlavə on gün vat verdi, Qarabağdakı ermənilərin təxliyəsi üçün humanitar dəhliz açdı, ermənilərə əşyalarını özləri ilə götürməyə imkan verdi, hətta əsgərlərimiz köçən erməni sakinlərinə yardım belə etdilər. Ermənilər isə bu yaxşılığımıza zəbt etdikləri evlərə od vurmaqla, ağacları kəsməklə, apara bilmədikləri mal-qaranı öldürməklə, əsgərlərimizə qarşı tələlər qurmaqla, yerə mina döşəməklə cavab verdilər. Bəli, budur ermənilərin əsl siması, gerçək üzü. Onlara qarşı xeyirxah davrananda belə öz xislətlərindən əl çəkə bilmirlər.

Prezident İlham Əliyev dəfələrlə çıxışı zamanı Azərbaycan Ordusunun heç vaxt mülki əhaliyə qarşı müharibə aparmadığını vurğulayıb. Dövlət başçısı martın 15-də Hadrut qəsəbəsində olan zaman söylədiklərini bir daha diqqətə çatdırıb:

“Bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq.

O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi”.

Dünya ictimaiyyəti getdikcə ermənilərin iç üzünü, gerçək simasını daha yaxşı tanımağa başlayır. Onların mülki insanlara belə rəhm etməyən necə qəddar, vəhşi, qaniçən bir millət olduğunu, onlardan fərqli olaraq uğradıqları bürtün bəlala və haqsızlıqlara baxmayaraq azərbaycanlıların necə humanist, sülhpərvər, xeyirxah xalq olduğunu dərk edir artıq. Bəli, gec-tez ədalət zəfər çalır. Azərbaycan Vətən müharibəsində möhtəşəm qələbə qazanmaqla bunu bir daha sübut etdi.

B.Cahandarov

Paylaş:
456

Son xəbərlər

“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimi keçirilirBu gün, 12:44Azərbaycan ilə İranın dövlət sərhədində İlham Əliyevin və İbrahim Rəisinin görüşü olub - FOTOBu gün, 12:32Mehriban Əliyeva Zəngilan səfəri ilə bağlı paylaşım edib18 / 05 / 2024, 18:04Qarabağ Universitetinin bukleti hazırlanıb18 / 05 / 2024, 17:47Prezident Cəbrayıl rayonunun Sarıcallı kəndinin təməlini qoyub18 / 05 / 2024, 17:30Prezident və birinci xanım Zəngilan məscidinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 17:08“AzərEnerji ASC-nin “Zəngilan” və “Şayıflı” Su Elektrik stansiyaları istifadəyə verilib - YENİLƏNİB18 / 05 / 2024, 16:45İlham Əliyev Cəbrayıl rayonunun Maşanlı kəndinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 16:29Prezident və birinci xanım Zəngilanda “Ağalı” hotelinin açılışında iştirak ediblər - YENİLƏNİB18 / 05 / 2024, 16:26İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı kəndinin təməlini qoyub18 / 05 / 2024, 16:24Prezident Cəbrayılın Karxulu kəndinin təməlini qoyub - FOTO18 / 05 / 2024, 16:18Yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA18 / 05 / 2024, 15:58Zəngilan şəhərinin daxili yol-kommunikasiya şəbəkəsinin təməli qoyulub18 / 05 / 2024, 15:39“Coca-Cola” Azərbaycanda ikinci istehsal müəssisəsini açacaq - FOTO18 / 05 / 2024, 15:11Dövlət başçısı Zəngilan rayonunun Mincivan qəsəbəsinin təməlini qoyub - YENİLƏNİB18 / 05 / 2024, 14:47Paytaxtın mərkəzi küçələrində “kokain” və “ekstazi” həblərinin satışını təşkil etmək istəyən şəxs saxlanılıb - VİDEO18 / 05 / 2024, 14:27Rəşad Nəbiyev Şəkidə vətəndaşları qəbul edib18 / 05 / 2024, 14:09İlham Əliyev Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu və Sarıcallı kəndlərinin təməllərini qoyub18 / 05 / 2024, 13:43Bakıda usta işlədiyi evlərdən oğurluq etdiyi üçün saxlanılıb18 / 05 / 2024, 13:25Kamaləddin Qafarov: “Azərbaycan-Belarus münasibətləri yüksək dinamika ilə inkişaf edəcək”18 / 05 / 2024, 13:10
Bütün xəbərlər