Ötən gün 7 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Ötən gün 7 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Qafar Ağayev10:21 - 23 / 04 / 2021
Ötən gün 7 koronavirus xəstəsi ictimai yerlərdə aşkarlanıb

Daxili işlər orqanlarının əməkdaşları tərəfindən aprelin 22-də respublika ərazisində 7 nəfər aktiv koronavirus xəstəsi ictimai yerlərdə aşkar edilərək saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, polis əməkdaşları onlarla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadıqları evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumları məlumatlandırılıb.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşları koronavirusla əlaqədar tətbiq edilmiş xüsusi karantin rejimindən irəli gələn bütün tələb və qadağalara ciddi riayət etmələrini xahiş edir.

Paylaş:
550

Son xəbərlər

Bu rayonlarda qaz olmayacaq

05 / 02 / 2025, 13:54
Bütün xəbərlər