Yağış yağacaq - XƏBƏRDARLIQ | 1news.az | Xəbərlər
Cəmiyyət

Yağış yağacaq - XƏBƏRDARLIQ

S.Xankişiyeva15:42 - 30 / 04 / 2021
Yağış yağacaq - XƏBƏRDARLIQ

Bakıda mayın 1-i gündüz, Abşeron yarımadasında isə mayın 2-si arabir yağış yağacağı, yarımadanın bəzi yerlərində intensivləşəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən 1news.az-a verilən məlumata görə, Azərbaycanın rayonlarında mayın 3-ü gündüzədək qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv olacağı, şimal və qərb rayonlarında dolu düşəcəyi gözlənilir.

Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir 15-20 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

Paylaş:
481

Son xəbərlər

Bütün xəbərlər