Prezident İlham Əliyev İsrailin dövlət başçısına başsağlığı verib | 1news.az | Xəbərlər
Rəsmi

Prezident İlham Əliyev İsrailin dövlət başçısına başsağlığı verib

S.Xankişiyeva16:45 - 30 / 04 / 2021
Prezident İlham Əliyev İsrailin dövlət başçısına başsağlığı verib

Prezident İlham Əliyev İsrail Dövlətinin Prezidenti Reuven Rivlinə başsağlığı ünvanlayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Meron dağında keçirilən dini mərasim zamanı çox sayda insanın həlak olması və yaralanması xəbəri bizi son dərəcə sarsıtdı.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, dost İsrail xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara şəfa diləyirəm".

Paylaş:
462

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər