Babəkin heykəlinin hazırlanması niyə yubanır? - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Babəkin heykəlinin hazırlanması niyə yubanır? - VİDEO

17:35 - 30 / 04 / 2021
Babəkin heykəlinin hazırlanması niyə yubanır? - VİDEO

Bakının ən uca heykəllərindən biri olması planlaşdırılan Babək heykəlinin işlərı hələ də yekunlaşmayıb. Heykəltaraş Arif Qaziyev və Cəlil Hüseynov təxminən 9 ildir ki, bu işin ərsəyə gəlməsi üçün çalışırlar. İşlərin 50 faizi yekunlaşsa da, maliyyə problemi işin tamamlanmasına imkan verməyib. Bəs bu heykəli eyniadlı prospektdə nə vaxt görə biləcəyik?

1news.az xezerxeber.az-a istinadən bildirir ki, məşhur Babək heykəlinin maliyyəsi dayandırılıb.

2011-ci ildə Prezident İlham Əliyev tərəfindən Bakıda görkəmli sərkərdə Babəkin heykəlinin ucaldılması haqqında imzaladığı sərəncama əsasən bu iş Xalq rəssamı, heykəltaraş Arif Qazıyevə tapşırılıb. O, heykəlin iki metrlik modelini hazırlayaraq, təhvil verib. Lakin heykəlin üzərində gedən işlər bir müddət sonra dayanıb. Heykəltəraş bildirib ki, heykəlin hazırlanması üçün maddi dəstək Socar tərəfindən həyata keçirilir. İşin bu qədər uzanmasının tək səbəbi də elə maliyyə dəstəyinin dayandırılmasıdır.

SOCAR-ın mətbuat katibi İbrahim Əhmədov bildirib ki, heykəlin hazırlanması prosesinin uzanmasında əsas səbəblərdən biri pandemiyadır. Lakin burda başqa məqamlar da var.

Qeyd edək ki, heykəl hazır olandan sonra Babək prospektinin sonunda yerləşən böyük meydanda qoyulacaq, üzü şəhərə tərəf dayanacaq. Heykəlin hündürlüyü təxminən 10-12 metr arasında olacaq.

1news.az

Paylaş:
357

Son xəbərlər

COP29: Azərbaycan qlobal danışıqlar platforması statusunu gücləndirirBu gün, 21:18Xızıda kanalda meyiti tapılan şəxsin kimliyi məlum olubBu gün, 17:45Qazaxda yaşadığı evdə narkotik vasitə və odlu silah saxlayan şəxs saxlanılıbBu gün, 17:38Şimşək çaxacaq, yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 17:19İlham Əliyev Rusiyaya səfərə gəlib - FOTOBu gün, 16:59NİİM: Ziya Bünyadov prospekti istiqamətində təmirə görə sıxlıq yaranıbBu gün, 16:19MEDİA: Azərbaycan Prezidenti adından saxta məlumat yayılıbBu gün, 16:02Bakıda qazanxanadakı partlayışla bağlı araşdırmalara başlanılıbBu gün, 15:44Sabirabadda dayı bacısı oğlunu avtomobillə vurubBu gün, 15:25Həyat yoldaşı Leyla və 8 aylıq körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edilibBu gün, 14:49Xaricdə təhsil almış 233 nəfərin diplomu tanınmayıbBu gün, 14:07“Suriya və İraqdan 8 Azərbaycan vətəndaşı repatriasiya edilib” - XİNBu gün, 13:32Sabahın hava proqnozuBu gün, 13:19Umico.az-da ilk alış-verişinizi kreditlə aylıq cəmi 0.33 %-dən başlayan komissiya ilə edin!Bu gün, 11:49Kapital Bank-ın Depozit lotereyasının 1-ci tirajının qalibləri bəlli olduBu gün, 11:32Göygöldə əqrəb sancan müəllim ölübBu gün, 11:13Binədə düşən davada bir nəfər bıçaqlanıbBu gün, 10:41“Kontakt”ın “Şeş-Qoşa” kampaniyasında daha bir avtomobil uduldu: Kampaniya noyabradək uzadıldıBu gün, 10:22DİN "toy karvanı" iştirakçılarına müraciət edibBu gün, 10:17Bakıda hərbi sursatlar aşkarlanıbBu gün, 10:11
Bütün xəbərlər