“Ombudsmanın hesabatında ermənilərin nifrət ideologiyası və işğalçılıq siyasəti tutarlı faktlarla öz əksini tapıb” - Politoloq | 1news.az | Xəbərlər
Siyasət

“Ombudsmanın hesabatında ermənilərin nifrət ideologiyası və işğalçılıq siyasəti tutarlı faktlarla öz əksini tapıb” - Politoloq

16:15 - 06 / 05 / 2021
“Ombudsmanın hesabatında ermənilərin nifrət ideologiyası və işğalçılıq siyasəti tutarlı faktlarla öz əksini tapıb” - Politoloq

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair hesabat hazırlayıb.

Hesabat Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı uzun illər aparılan, etnik zəmində nifrəti təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularını dünya ictimaiyyətinə çatdırmaq, bu nifrət əsaslı siyasətin qarşısının alınması istiqamətində tədbirlərin görülməsi ilə bağlı çağırış etmək məqsədi daşıyır.

Hesabatın hazırlanmasında Ombudsmanın əldə etdiyi faktoloji materiallardan, sosial media şəbəkələrində və mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunub.

Hesabatda qeyd olunur ki, yeni ərazi iddiaları, Ermənistanın siyasi elitasının uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası etnik təmizləmə və işğalçılıq siyasəti ilə müşayiət olunmuşdur. Belə ki, davamlı olaraq tarixi faktları saxtalaşdıraraq erməni cəmiyyətində azərbaycanlılara qarşı yürüdülən nifrət və dözümsüzlüyü təşviq edən siyasət nəticəsində tarixin müxtəlif dövrlərində etnik təmizləmə, kütləvi qırğınlar və soyqırım cinayətləri törədilmişdir. Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini 30 ilə yaxın işğal altında saxlaması və 1 milyondan çox insanın doğma yurdlarından didərgin salınması uzun illər etnik zəmində azərbaycanlılara qarşı apardığı nifrət siyasətinin nə qədər təsirli gücə malik olduğunu göstərir. BMT, Avropa Şurası və digər müvafiq nüfuzlu beynəlxalq qurumların işğala son qoyulması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə baxmayaraq Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək özünün işğalçılıq siyasətini davam etdirmiş, insan hüquqlarını kütləvi və kobud şəkildə pozmuşdur. Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxalq hüquqi qiymətin verilməməsi bu kimi halların davam etməsinə şərait yaratmışdır.

Hesabatda Ermənistan siyasi rəhbərliyinin, ekstremist qrupların və onların xaricdə yaşayan havadarlarının dəstəyi ilə həm milli, həm də beynəlxalq səviyyədə uzun illər apardıqları anti-Azərbaycan siyasəti nəticəsində baş vermiş insan hüquqları pozuntuları barədə məlumat verilir.

Ombudsmanın hesabatına münasibət bildirən Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi analitik İlyas Hüseynov 1news.az-a açıqlamasında bildirib ki, azərbaycanlılara qarşı nifrət cinayətləri və nifrət nitqinə dair Ombudsman aparatının hazırladığı hesabat son illərdə Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin hazırladığı ən yaxşı sənəd hesab oluna bilər:

“Çünki burada Ermənistanda və onun hüdudlarından kənarda azərbaycanlılara qarşı aparılan etnik təmizləmə və bu sahədə olan niftəri təbliğ edən siyasətin yol açdığı insan hüquqları pozuntularının dünya ictimiyyətinə çatdırılması istiqamətində bir çağırış məqsədi daşıyır. Eyni zamanda, hesabatla tanış olanda burada faktoloji materiallardan, tarixi sənədlərdən və sosial şəbəkələrdə, mətbuatda yayımlanan etibarlı mənbələrdən alınmış məlumatlardan istifadə olunduğu görünür”.

Hesabatda ermənilərin nifrət ideologiyasının, etnik təmizləmə və işğalçılıq siyasətinin tutarlı faktlarla öz əksini tapdığını deyən İ.Hüseynov ermənilərin nüfuzlu beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərin tələblərini belə heçə saymasına diqqət çəkib:

“Hesabatda həm də qeyd olunur ki, yeni ərazi iddiaları Ermənistanın siyasi elitasının uzun illərdir regiondakı başqa millətlərə qarşı formalaşdırdığı nifrət ideologiyası, etnik təmizləmə və işğalçılıq siyasəti qabarıq şəkildə özünü göstərir. Bu, Azərbaycan torpaqlarının 20%-nin 30 ilə yaxın işğal altında saxlanılması və 1 milyondan artıq insanın öz doğma yurdlarından didərgin salınması uzun illər etnik zəmində Azərbaycana qarşı apardığı nifrət siyasətinin nə qədər təsirli gücə malik olduğunu göstərir. Nüfuzlu beynəlxalq təşkilatların - BMT, Avropa Şurası və digər nüfuzlu qurumların işğala son qoyulması ilə bağlı qəbul etdikləri sənədlərin tələblərinə baxmayaraq Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizlik nümayiş etdirərək işğalçılıq siyasətini davam etdirib və insan hüquqlarının kütləvi və kobud şəkildə pozulmasının təşviqatçısı olub. Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinə və insan hüquqları pozuntularına vaxtında beynəlxaq hüquqi qiymətin verilməməsi bu halların davamlı xarakter almasına şərait yaratmışdı və cəzasızlıq mühitində Ermənistanın müharbə cinayətləri davam etmişdi”.

Hesabatda ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı məsələlə yer verildiyini də deyən politoloq erməni ideoloqlarının Azərbaycanafob siyasətinə nümunə kimi 1956-cı ildə erməni əsilli yazıçı Arutunyanın İrəvanda dərc olunmuş “Xatirələr” kitabını qeyd edib:

“Eyni zamanda hesabatda həm də ermənilərin tarixi Azərbaycan torpaqlarına köçürülməsi ilə bağlı məsələlərə də toxunulur. 1813-1828-ci illərdə bağlanan “Gülüstan” və “Türkmənçay” müqavilələrinin həmən məqsədi daşıdığı və çar Rusiyasının özlərinə ermənilərdən ibarət “etnik” dayaq yaratması ilə bağlı məlumatlar qeyd olunur və Azərbaycanın Naxçıvan, Dağlıq Qarabağ və ətrafına, o cümlədən İrəvan və Zəngəzur əyalətlərinə köçürülmə o dövrün sənədlərində və xəritələrində öz əksini tapıb.

Ümumilikdə hesabatda həm sosial şəbəkələrdən, həm dövrü mətbuatdan, eyni zamanda tarixi xəritələrdən geniş şəkildə istifadə olunub, həm də Vətən müharibəsində Gəncə və Bərdə terroru terroru ilə bağlı sosial şəbəkələrdə Azərbaycanafob çıxışları da burada öz əksini tapıb. Həm də sənəddə vurğulanır ki, azərbaycanlılara qarşı tətbiq edilən ayrı-seçkilik siyasəti iki xalq arasında qarşıdurma yaratmaqda maraqlı olan qüvvələr, o cümlədən erməni təxribatçı qruplar müxtəlif illərdə o dövrün hakim qüvvələrinin Azərbaycana qarşı deportasiya siyasətinin tətbiq edilməsinə nail olmuşdular və əlverişli torpaqlardan quraq ərazilərə köçürülən azərbaycanlıların sərt iqlim dəyişikliyinə keçidi sağlamlıqlarında müəyyən problemlər yaratmışdı, hətta onların intihar dərəcəsinə çatdırılması qeydə alınmışdı.

Erməni ideoloqlarının uzun illər Azərbaycanafob siyasəti Ermənistanda geniş vüsət almışdı, hətta 1956-cı ildə erməni əsilli yazıçı Arutunyan İrəvanda dərc olunmuş “Xatirələr” kitabında daşnaqlar tərəfindən “mümkün qədər çox öldür, talan et, heçkimə rəhm etmə” şüarı altında azərbaycanlılara qarşı qəsdlər edilməsi, evlərindən qovulması qeyd olunub”.

İ.Hüseynov bildirib ki, ümumilikdə ombudsmanın bu hesabatında azərbaycanlılara qarşı son illərdə aparılan etnik təmizləmə və təcavüzkar siyasətin müxtəlif elementlərinə toxunulur. Həm də Ballıqaya, Başlıbel, Xocalı şəhərinin işğal olunması məsələsi qeyd olunur:

“Mühüm strateji mövqedə yerləşən Xocalı şəhərinin işğal olunması və burada soyqrım hadisələrindən çəkilən dəhşətli foto və videolarla bağlı qeydlər hesabatda yer alıb. Böyük Britaniyanın “Reuters” agentliyi, “Times”, “Guardian”, BBC telekanallarının həmən dövrdə Qarabağa ezam olunmuş müharibə müxbirlərinin törədilən cinayət faktları ilə bağlı materiallar hesabatda işıqlandırılır. Burada həmçinin azərbaycanlıların cəsədlərinin araşdırılması zamanı xüsusi amansızlıqla qətlə yetirildikləri qeyd olunub. Cəsədlər üzərində törədilmiş qeyri-insani davranışlar dünya tarixində ilk dəfə erməni təxribatçıları tərəfindən etnk zəmində azərbaycanlılara qarşı törədilmişdi.

Ümumilikdə bu hesabatı Azərbaycanın uzun illər ərzində Ermənistan tərəfindən təqiblərə məruz qalması və regionda işğalçılıq siyasəti nəticəsində Azərbaycana dəymiş maddi və mənəvi ziyanın dəyərləndirilməsi istiqamətində mühüm konseptual sənəd hesab etmək olar və bu sənədin müxtəlif dillərə tərcümə edərək dünya ictimiyyətinə çatdırılması, media orqanlarında işıqlandırılması mühüm əhəmiyyət kəsb edir. Çünkü məhz ombudsman istiqamətində Ermənistanda da müəyyən fəallıq nümayiş olunur, Ermənistanın ombudsmanı Arman Totayan öz fəallığı ilə seçilir və bu istiqamətdə gərgin iş aparır. Azərbaycanlılara qarşı əlinə düşən hər vəchlə siyasətini davam etdirir, qərb institutlarına çıxış imkanları axtarır. Bu fəaliyyətin qabaqlanması və Azərbaycanın hücum diplomatiyası, informasiya seqmentində fəallaşması çox aktualdır. Bu nöqteyi nəzərdən bu sənədin tez bir zamanda dünya ictimiyyətinə çatdırılması, müxtəlif media orqanlarında işıqlandırılması çox aktuallıq tələb edir və bu istiqamətdə Ombudsman Aparatına böyük iş düşür”.

1news.az

Paylaş:
505

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər