Venesuela Esequibo bölgəsini rəsmi xəritəsinə daxil etdi | 1news.az | Xəbərlər
Dünya

Venesuela Esequibo bölgəsini rəsmi xəritəsinə daxil etdi

Oksana Orucova10:03 - Bu gün
Venesuela Esequibo bölgəsini rəsmi xəritəsinə daxil etdi

Venesuelanın müvəqqəti dövlət başçısı Delsi Rodriquez Qayana ilə mübahisəli Esequibo bölgəsinin ölkənin rəsmi xəritəsinə daxil edildiyini açıqlayıb.

1news.az xarici mətbuata istinadən xəbər verir ki, Rodriguez bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

O, Beynəlxalq Ədalət Məhkəməsinin Esequibo məsələsində yurisdiksiyasını tanımadıqlarını vurğulayaraq, Venesuelanın məhkəmə qərarlarını qəbul etməsinin hüquqi baxımdan mümkün olmadığını deyib.

Prezident Nikolas Maduro hələ 2023-cü ilin dekabrında Esequibo bölgəsinin Venesuelanın yeni xəritəsinə daxil edilməsi barədə göstəriş vermişdi.

Qeyd edək ki, təbii sərvətlərlə zəngin Esequibo bölgəsi uzun illərdir Venesuela ilə Qayana arasında mübahisə mövzusudur.

Paylaş:
21

Son xəbərlər

Bütün xəbərlər