Azərbaycanın Türkiyədən hazır geyim idxalı artıb
2021-ci ilin yanvar-aprel aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 8,1 faiz artaraq 14,022 milyon dollar təşkil edib.
1news.az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Aprel ayında Türkiyədən Azərbaycana hazır geyim ixracı 2020-ci ilin apreli ilə müqayisədə 20,9 faiz artıb və 3,284 milyon dollara bərabər olub.
2021-ci ilin yanvar-aprel aylarında Türkiyənin dünya bazarlarına hazır geyim ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 32,3 faiz artaraq 6,336 milyard dollar təşkil edib.
Son 12 ay ərzində (aprel 2020 - aprel 2021) Türkiyə 18,665 milyard dollar məbləğində hazır geyim ixrac edib.
374