“Fransa muzeyində kəllə sümüklərinin nümayişi humanizmdirmi?” | 1news.az | Xəbərlər
Siyasət

“Fransa muzeyində kəllə sümüklərinin nümayişi humanizmdirmi?”

10:42 - 24 / 05 / 2021
“Fransa muzeyində kəllə sümüklərinin nümayişi humanizmdirmi?”

Bakıda Hərbi Qənimətlər Parkının açılışı xaricdə birmənalı qarşılanmadı. Hətta Avropa Parlamenti muzeyin bağlanması tələbi ilə çıxış etdi. Bu da dünya azərbaycanlıların hiddətinə səbəb oldu.

1news.az xəbər verir ki, bunu "Azərbaycan -Ukrayna" Beynəlxalq Alyansının sədri Elmar Məmmədov bildirib:

"Hərbi Qənimətlər Parkı Azərbaycanın nə qədər güclü və düşmənə çox qısa bir müddətdə qalib gələn ölkə olduğunun sübutudur. Bu zəfəri ilə ölkəmiz bütün dünya ictimaiyyətini şoka saldı. Bəli, Cənubi Qafqazda Azərbaycan güclü bir ölkə olduğunu təsdiqlədi və dünya siyasət arenasında da layiqli yerini möhkəmləndirdi. Əgər belə əsassız mülahizələr Avropa ölkələrinin rəsmi fikri deyilsə, bu, heç kimi maraqlandırmır. Onlar bu muzeyi qəddarlıq simvolu adlandırırlar. O zaman belə bir sual yaranır: Daxauda həqiqi insan sümüyü eksponatlarının toplandığı məhkumlar muzeyi qəddarlıq simvolu deyilmi? Təbii ki, o vaxt alman faşistlərin günahsız insanlara qarşı törətdikləri vəhşiliklərin sübutudur.

Keçən il əlcəzairli tarixçi avropa muzeylərinin ekspozisiyalarını araşdıranda "Homme on Place du Trocader" muzeyində 60 nəfər əsgərin kəllə sümüyünün eksponat kimi təqdim olduğunu aşkar etmişdir. Onlar kolonializm əleyhinə mübarizə aparanlar idi. Hələ bundan sonra Fransa Azərbaycanı qəddarlıqda günahlandırır. Yenidən sual yaranır: Əgər sizin muzeylərinizdə bu cür eksponatlar təqdim olunursa, sizin tolerantlığınız haradadır?"

1news.az

Paylaş:
399

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər