“Beynəlxalq ictimaiyyətdən təkcə başsağlığı mesajları gözləmirik” - Hikmət Hacıyev | 1news.az | Xəbərlər
Siyasət

“Beynəlxalq ictimaiyyətdən təkcə başsağlığı mesajları gözləmirik” - Hikmət Hacıyev

13:29 - 05 / 06 / 2021
“Beynəlxalq ictimaiyyətdən təkcə başsağlığı mesajları gözləmirik” - Hikmət Hacıyev

“Hərbi əməliyyatlar zamanı jurnalistlərin təhlükəsizliyinin qorunması ilə əlaqədar xüsusi fəaliyyət proqramı var. Biz bütün bunların müqabilində beynəlxalq ictimaiyyətdən sadəcə, başsağlığı mesajları verilməsini gözləmirik, konkret bu hal və bunun günahkarı olan Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasət pislənməlidir”.

1news.az-ın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, hər hansı legitim hərbi zərurət olmayan ərazi minalanıb: “Bu, kəndin girəcəyindəki yoldur. Bunun bir cavabı var. Ermənistan məqsədli şəkildə bu əraziləri minalayıb. Çünki bilirlər ki, azad olunduqdan sonra mülki insanlar bu ərazilərə gələcəklər. Məqsəd mülki insanların qətliamına, ölümünə nail olmaqdır. Bu, Ermənistanın dövlət səviyyəsində həyata keçirdiyi siyasətdir”.

Prezidentin köməkçisi Azərbaycan jurnalistikasının bu gün səfərbər olmasını çox təqdir etdiklərini vurğulayıb: “QHT-lər, vətəndaş cəmiyyəti təsisatları dövlət strukturları ilə bərabər beynəlxalq ictimaiyyətə çoxsaylı müraciət ünvanladı və bu proses davam edir”.

Jurnalistlərin minaya düşdüyü yolun əvvəllər minalardan təmizləndiyi, bu minanın sonradan erməni diversiya qrupu tərəfindən yerləşdirildiyi barədə fikirlərə gəlincə, H. Hacıyev deyib ki, istintaq çərçivəsində bu məsələyə də baxılması mümkündür: “Fakt faktlığında qalır. Bu minalar Ermənistan tərəfindən basdırılıb. Minaların nə zaman, hansı şəraitdə basdırıldığı istintaq çərçivəsində məlum ola bilər. Amma bu minalar Ermənistan tərəfindən məqsədyönlü şəkildə basdırılıb. Məqsəd mülki insanlarımızın, yaxud hərbçilərimizin ölümünə səbəb olmaqdır. Mina basdırmağın fəlsəfəsi sadədir. Basdırılan mina qurbanını gözləyir. Bu minanın basdırılması əmrini verən dövlətin mənsubları da minanın nə üçün basdırıldığını çox gözəl bilirlər. Bu, Ermənistanın hərbi-siyasi rəhbərliyinin bilavasitə tapşırığı ilə həyata keçirilmiş siyasətdir”.

1news.az

Paylaş:
409

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər