ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək | 1news.az | Xəbərlər
Siyasət

ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

13:11 - 05 / 06 / 2021
ABŞ Dövlət katibinin köməkçisi Azərbaycana səfər edəcək

ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Riker 6-13 iyun tarixlərində Gürcüstan, Ermənistan və Azərbaycana səfər edəcək.

1news.az Trend-ə istinadən bildirir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti bildirib.

Məlumata əsasən, səfərin məqsədi "ikitərəfli və regional prioritetlərin təşviqi" və "bölgədə demokratik və iqtisadi inkişafa dəstək" olacaqdır.

Azərbaycanda F.Riker hökumət, vətəndaş cəmiyyəti və biznes nümayəndələri ilə görüşəcək və Qarabağdakı vəziyyətlə bağlı məsələləri müzakirə edəcək.

1news.az

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər