Rəhman Hacıyev Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüş keçirib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Rəhman Hacıyev Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüş keçirib - FOTO

19:02 - 11 / 06 / 2021
Rəhman Hacıyev Latviya Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri ilə görüş keçirib - FOTO

11 iyun 2021-ci il tarixində Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev və Latviya Respublikası Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun üzvləri arasında görüş keçirilib.

Rəhman Hacıyev görüşün əvvəlində Qarabağ Dirçəliş Fondunun yaradılmasının əsas məqsəd və vəzifələri barədə ətraflı məlumat verib. Görüş zamanı torpaqlarımızın işğaldan azad olunmasından sonra hazırda qarşıda dayanan yeni reallıqlar, həbelə regional siyasi gündəm məsələləri bağlı fikir mübadiləsi aparılıb.

Eyni zamanda, Qarabağın bərpa prosesi çərçivəsində Azərbaycanla Latviya arasında əməkdaşlıq perspektivləri və Latviya iş adamlarının Qarabağın dayanaqlı iqtisadi inkişafına mümkün töhfəsi məsələləri geniş müzakirə edilib.

Qeyd edək ki, görüşdə Azərbaycan tərəfdən Milli Məclisin üzvü, Azərbaycan-Latviya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Kamran Bayramov, Latviya Respublikası tərəfindən isə Seyminin Azərbaycan Parlamenti ilə əməkdaşlığın təşviqi qrupunun rəhbəri Roman Naudinş, müavini Armands Krauze və Seymin üzvü Aleksandr Kirşteyn də iştirak edib.

Paylaş:
546

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər