Ceyhun Bayramov Birləşmiş Krallığın nümayəndə heyəti ilə görüşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Birləşmiş Krallığın nümayəndə heyəti ilə görüşüb

17:56 - 12 / 06 / 2021
Ceyhun Bayramov Birləşmiş Krallığın nümayəndə heyəti ilə görüşüb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Krallığın siyasi-ictimai dairələri, tədqiqat mərkəzləri və mətbu orqanlarını təmsil edən nümayəndə heyəti ilə görüşüb.

XİN-dən 1news.az-a verilən məlumata görə, görüşdə nazir Ceyhun Bayramov Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra üzləşdiyi ən böyük təhdid olan Ermənistanın təcavüz siyasəti, onun nəticələri, onilliklər ərzində Azərbaycanın işğal olunmuş ərazilərində həyata keçirilən qanunsuz fəaliyyət, genişmiqyaslı dağıntılar və Ermənistanın hərbi təxribatları barədə məlumat verib.

Post-münaqişə mərhələsi və bölgədəki cari vəziyyətdən danışan nazir, işğaldan azad edilmiş ərazilərdəki vəziyyət, bu ərazilərdəki mina təhlükəsi və doğurduğu fəsadlar, həyata keçirilən bərpa və quruculuq işləri, ərazilərin gələcək inkişafı planları barədə məlumat verdi.

Daha sonra nazir nümayəndə heyəti tərəfindən səsləndirilən Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyinə verilən dəstək, mina təhlükəsinin aradan qaldırılması, Azərbaycanlı məcburi köçkünlərin evlərinə geri qayıdışı və xalqların birgə yaşayışı, habelə Birləşmiş Krallıq və Azərbaycan münasibətləri və s. suallarını cavablandırdı.

Görüşün sonunda nümayəndə heyətinin üzvlərinə Heydər Əliyev Fondu tərəfindən dərc edilən “Qarabağ işğaldan öncə və sonra” kitabı təqdim edilib.

1news.az

Paylaş:
413

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEO27 / 11 / 2024, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıb27 / 11 / 2024, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı var27 / 11 / 2024, 17:46Cəlilabadda zəlzələ olub27 / 11 / 2024, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılır27 / 11 / 2024, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirik27 / 11 / 2024, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEO27 / 11 / 2024, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıb27 / 11 / 2024, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilib27 / 11 / 2024, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıb27 / 11 / 2024, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli oldu27 / 11 / 2024, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edib27 / 11 / 2024, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıb27 / 11 / 2024, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAM27 / 11 / 2024, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilib27 / 11 / 2024, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıb27 / 11 / 2024, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQ27 / 11 / 2024, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEO27 / 11 / 2024, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEO27 / 11 / 2024, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb27 / 11 / 2024, 14:16
Bütün xəbərlər