Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit saxlanılması sosial siyasətə müsbət təsir göstərir - Deputat | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit saxlanılması sosial siyasətə müsbət təsir göstərir - Deputat

11:28 - 17 / 06 / 2021
Azərbaycan manatının ABŞ dollarına nisbətdə sabit saxlanılması sosial siyasətə müsbət təsir göstərir - Deputat

Bu gün müzakirədə olan və hökumətin diqqət yetirdiyi prioritet sahələrdən biri iqtisadi subyektlərin qorunması, iqtisadiyyatın ağardılması və rəqəmsallaşmasıdır.

Dünyada elan olunmuş pandemiya qlobal iqtisadiyyata öz mənfi təsirlərini göstərmiş və bu da öz növbəsində milli iqtisadiyyatlara təsir etmişdir. Bir çox dünya dövlətləri artıq iqtisadi geriləmələrin, mövcud bazarların qorunması istiqamətində üzləşdikləri çətinliklərin qarşısını almaq və bununla bağlı əlavə tədbirlərin görülməsi üçün beynəlxalq maliyyə institutlarına müraciət etmişlər.

2003-cü ildən başlayaraq Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli iqtisadi islahatlar ölkədə böyük müəssisələr və iqtisadi infrastruktur formalaşdırmışdır ki, bu da öz növbəsində 2019-cu ilin iqtisadi göstəricilərinin ən yüksək səviyyədə, həmçinin həmin il üçün dövlət büdcəsinin 28 mlrd. manat civarında olmasına gətirib çıxarmışdır. Eyni zamanda 2019-cu ildə ölkənin ümumi daxili məhsulu əvvəlki illə müqayisədə 2,2 faiz artaraq 81681,0 milyon manata çatmış və əhalinin hər nəfərinə düşən ÜDM 8247,0 manat olmuşdur.

Ötən il pandemiya dövründə Cənab Prezident “Sağlam cəmiyyət güclü dövlət deməkdir” prinsipi ilə insan sağlamlığını prioritet elan etməklə yanaşı, həm də ölkə iqtisadiyyatının daha səmərəli idarə olunması, formalaşmış bazarların qorunması, mövcud iş yerlərinin saxlanılması üçün hökumət qarşısında çox ciddi tapşırıqlar qoymuşdur.

COVİD-19 pandemiyasının gətirdiyi məhdudiyyətlər beynəlxalq maliyyə və xarici valyuta bazarlarına əməli təsir göstərmiş və bundan irəli gələrək Azərbaycanla qonşu dövlətlərin hal-hazırda milli valyutalarının məzənnəsinin dəyişməsi ölkəmizdə süni inflyasiyanın yaranmasına şərait yaratmaqdadır.

Bir çox iqtisadçılar, ekspertlər tərəfindən ifadə olunan narazılıqlara baxmayaraq Azərbaycan hökuməti Cənab Prezidentin rəhbərliyi ilə aparılan düzgün monetar siyasət nəticəsində bu günə qədər Azərbaycan manatının ABŞ dollarına nisbətdə 1.7 AZN-də saxlanılmasına nail olmuşdur. Beləliklə, həqiqətən də xalqımız bu sahədə həyata keçirilən siyasətin özünü doğrultduğunun şahidi olur.

Eyni zamanda nəzərə alsaq ki, Azərbaycanda idxal həcmi ixracı dəfələrlə üstələyir, aparılan uğurlu monetar siyasət, məzənnənin stabil saxlanılması iqtisadiyyatla yanaşı, əhalinin sosial vəziyyətinə də dəyə biləcək zərərlərin qarşısını alır.

Bu gün dünya bazarında bahalaşma müşahidə olunur. Xüsusilə, dünyada neftin qiymətinin əvvəlcə verilmiş proqnozdan daha artıq olması, bundan sonra da bir çox sahələrdə bahalaşmanın davam edəcəyinin göstəricisi ola bilər.

Ölkə daxilində də bir çox ərzaq, qida, tikinti və s. məhsullarının qiymətlərində bahalaşma müşahidə olunsa da, hökumətin əvvəlcədən həyata keçirdiyi düzgün maliyyə və bank siyasəti vəziyyəti nəzarətdə saxlamağa imkan verir.

Milli Bankın rəhbərliyinin bu mövzu ilə əlaqədar açıqlamalarına istinad edərək qeyd etmək istəyirəm ki, ölkədə manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi əlverişli makroiqtisadi mühitdə sabit vəziyyətdədir və bu sabitliyi qoruyub saxlamaq üçün kifayət qədər maliyyə ehtiyatı mövcuddur.

Məzahir Əfəndiyev

Azərbaycan Respublikası Milli Məclisinin deputatı

Paylaş:
572

Son xəbərlər

Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18“Sako” ləqəbli tiktoker saxlanılıbBu gün, 13:09Bakıda 21 yaşlı qız itkin düşübBu gün, 13:02“AzInTelecom” MMC “Africa Tech Festival 2024”də iştirak edibBu gün, 12:55Bakıda bir neçə marşrut xətləri üzrə elektrobuslar fəaliyyətə başlayıbBu gün, 12:47Sabah hava necə olacaq? - ProqnozBu gün, 12:40Bu gündən Respublika Fənn Olimpiadalarına qeydiyyat başlayırBu gün, 12:37Yevlaxda narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs edilibBu gün, 11:53DYP piyadalara müraciət edibBu gün, 11:33MÜTDA təhsil müəssisələrinin istilik təminatı ilə bağlı məlumat yayıbBu gün, 11:17Abşeronda həyətyanı sahədən sursatlar tapılıb - FOTO - VİDEOBu gün, 11:12Ötən gün yanğınlar zamanı 5 nəfər təxliyə edilibBu gün, 10:27Sabah Xankəndidə tibbi aksiya keçiriləcəkBu gün, 10:20Mingəçevir su anbarında zəlzələ olubBu gün, 10:01
Bütün xəbərlər