ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb - FOTO | 1news.az | Xəbərlər
Siyasət

ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb - FOTO

18:05 - 18 / 06 / 2021
ICESCO və AZƏRTAC media sahəsində Əməkdaşlıq Memorandumu imzalayıb - FOTO

İyunun 18-də İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) və Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) media sahəsində əməkdaşlıq üzrə Anlaşma Memorandumu imzalayıblar.

Sənəd birgə layihələrin və proqramların hazırlanıb reallaşdırılmasında, ICESCO-ya üzv ölkələrin KİV nümayəndələri üçün təcrübə mübadiləsinin və təlim kurslarının, media üzrə beynəlxalq konfransların, forumların və ixtisaslaşdırılmış seminarların təşkilində, informasiyaların, foto və video xəbərlərin hazırlanması və yayımında əməkdaşlığı nəzərdə tutur.

ICESCO-nun Baş direktoru dr. Salim bin Məhəmməd əl-Malik imzalanma prosesindən sonra vurğulayıb ki, təşkilatımızla AZƏRTAC agentliyi arasında əməkdaşlığın qurulması üçün başlanğıc olan memorandum ICESCO ilə Azərbaycan Respublikası arasında hərtərəfli əlaqələrin ruhuna uyğundur. Bu əməkdaşlığın əsas hədəfi jurnalistlərin və media işçilərinin bilik və bacarıqlarının möhkəmləndirilməsinə yardım etmək, bu istiqamətdə birgə proqram və layihələr həyata keçirməkdir. Dr. Salim əl-Malik əlavə edib ki, gənclərin dəstəklənməsi və təlimi, insan resurslarına investisiya ICESCO-nun dünyaya açılımına əsaslanan yeni baxışının prioritetlərini təşkil edir.

ICESCO ilə əməkdaşlığın perspektivlərini yüksək qiymətləndirən AZƏRTAC-ın İdarə Heyətinin sədri Aslan Aslanov bildirib ki, memorandum ikitərəfli əlaqələrin dərinləşməsinə töhfə verməklə yanaşı, İslam dünyasının KİV nümayəndələrinin bilik və təcrübələrini bölüşməsinə əlverişli imkan yaradacaq. İslam Əməkdaşlıq Təşkilatı və onun mühüm institutlarından biri olan ICESCO ilə ölkəmiz uzun illərdir ki, səmərəli, xoşniyyətli əməkdaşlıq edir. Əminəm ki, imzaladığımız sənəd informasiya yayımçısı olaraq bizə təşkilatın təhsil, elm və mədəniyyət sahəsində zəngin təcrübəsindən bəhrələnmək üçün yeni fürsət verəcək. Xüsusən birgə layihələr və proqramlar, bilik mübadiləsi təşkilata üzv ölkələrin jurnalistləri üçün faydalı olacaq.

Qeyd edək ki, memoranduma əsasən, tərəflər layihələrin və proqramların hazırlanmasını və yerinə yetirilməsini nəzarətdə saxlamaq, görülən işləri qiymətləndirmək məqsədilə müştərək işçi qrupu yaradacaqlar.

Paylaş:
383

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər