“Əsas məsələ”də “Karabakh.Center” internet resursunun erməni cinayətlərinin ifşasındakı rolu müzakirə edildi - VİDEO | 1news.az | Xəbərlər
Siyasət

“Əsas məsələ”də “Karabakh.Center” internet resursunun erməni cinayətlərinin ifşasındakı rolu müzakirə edildi - VİDEO

11:54 - 07 / 07 / 2021
“Əsas məsələ”də “Karabakh.Center” internet resursunun erməni cinayətlərinin ifşasındakı rolu müzakirə edildi - VİDEO

İyulun 6-da AzTv-də yayımlanan “Əsas məsələ” verilişinin növbəti buraxılışı olub.

1news.az xəbər verir ki, verilişin qonaqları qismində Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov və Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev iştirak ediblər.

Verlişdə Qarabağ həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılması mövzusu ətrafında fikir mübadiləsi aparılıb, bu sahədə görülən işlər, həyata keçirilən layihələr, əsasən də Qarabağ Dirçəliş Fondu tərəfindən hazırlanan “Karabakh.Center” internet resursu barədə məlumat verilib.

“Karabakh.Center” internet resursunun yaranmasını zəruri edən səbəblərdən danışan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, sözügedən resurs Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ərsəyə gətirilib:

“Bu resursun yaradılmasında başlıca məqsəd Ermənistan-Azərbaycan münaqişəsinin səbəbləri və Ermənistanın təcavüzünün nəticələri – Qarabağda tarixi abidələrimizə, yaşayış məntəqələrimizə, Qarabağın ekologiyasına, təbiətinə vurulmuş zərərlər barədə obyektiv məlumatların sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılmasıdır.

Hazırda dövlət orqanları həmin zərərin qiymətləndirilməsi ilə məşğuldurlar. İşğal olunmuş ərazilərimizə dəymiş zərərin məhkəmələrə çıxarılması üçün müəyyən sübut bazası da mövcud olmalıdır. Karabakh.Center” internet resursu da məhz bu baza rolunu oynamaqla həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına öz töhfəsini vermiş olacaq”.

“Karabakh Center” portalının məzmunu üzərində işin davam etdiriləcəyini, veb-sayt mütəmadi olaraq əlavə edilən yeni foto-materiallarla və analitik məqalələrlə yenilənəcəyini deyən R.Hacıyevin sözlərinə görə, dilbər guşəmiz olan Qarabağı dirçəldəcək bərpa işlərinə həsr olunmuş materiallara da xüsusi yer veriləcək:

“Hazırda portalda Qarabağın erməni işğalı nəticəsində dəymiş ziyanın görüntülərini əks etdirən 10 mindən çox fotoşəkil və videogörüntü yer alıb. Burada dağıdılmış yüzlərlə binanın, Azərbaycan xalqının tarixi, memarlıq, dini, mədəni abidələrinin fotoşəkilləri, eləcə də Ermənistan-Azərbaycan münaqişəsinin tarixi və səbəbləri ilə bağlı eksklüziv materiallar yerləşdirilib. Portala mütəmadi olaraq yeni materiallar əlavə ediləcək”.

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü Ədalət Muradov ermənilərin Qarabağda törətdikləri vəhşiliklər və ölkəmizə vurduğu zərərlərin dünya ictimaiyyətinə çatıdırılmasında “Karabakh Center” portalının önəmli rol oynayacağını bildirib:

“Ermənistan uzun illər Qarabağda misilsiz vəhşiliklər törədib, təbii sərvətlərimizi talan ediblər. Dünya ictimaiyyəti buna kor və kar qalırdı. Qarabağ işğaldan azad olduqdan sonra dünya ölkələrinin ictimaiyyətinə bu həqiqətləri çatdırmaqla ermənilərin vəhşiliklərini, dünya ictimaiyyətinin isə bu illər ərzində buna göz yumduğunu sübut etmiş olacayıq”.

Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında hücum strategiyasına daha çox üstünlük verilməsinin zəruriliyini qeyd edən Ə.Muradov bu baxımdan jurnalistlərin üzərinə böyük yük və məsuliyyətin düşdüyünü vurğulayıb.

Verilişin tam buraxılışını təqdim edirik.

1news.az

Paylaş:
466

Son xəbərlər

Zamiqin ifasında səslənən "Ay Laçın" mahnısı Türkiyə serialında yer aldı – VİDEOBu gün, 17:52“Gənclik” NMM-ə avtobusların girişi məhdudlaşdırılıbBu gün, 17:47Azərbaycanda 3 milyona yaxın təsərrüfatın genişzolaqlı internetə çıxışı varBu gün, 17:46Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16
Bütün xəbərlər