Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib | 1news.az | Xəbərlər
Siyasət

Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

16:38 - 23 / 07 / 2021
Fransa Milli Assambleyasının üzvləri Ağdama səfər edib

Fransa Milli Assambleyasının üzvlərindən ibarət nümayəndə heyəti bu gün Ağdam şəhərinə səfər edib.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, fransalı deputatlar Ermənistanın Ağdamda törətdiyi dağıntıları öz gözləri ilə görüblər.

Fransa Milli Assambleyasının üzvləri Jerom Lamber, Frederik Düma, Karol Büro-Bonnar, Jan Lük Reitzer və Sandrin Morşun daxil olduğu nümayəndə heyətini Milli Məclisin Azərbaycan-Fransa Parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Soltan Məmmədov, deputatlar Pərvin Kərimzadə, Naqif Həmzəyev və Müşfiq Cəfərov müşayiət edir.

1news.az

Paylaş:
384

Son xəbərlər

Bütün xəbərlər