XİN: Ermənistanı təxribatlara son verməyə çağırırıq | 1news.az | Xəbərlər
Siyasət

XİN: Ermənistanı təxribatlara son verməyə çağırırıq

S.Xankişiyeva10:16 - 28 / 07 / 2021
XİN: Ermənistanı təxribatlara son verməyə çağırırıq

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin məlumatına əsasən, 28 iyul 2021-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun Kəlbəcər rayonu ərazisindəki mövqelərini intensiv atəşə tutub. Nəticədə iki hərbi qulluqçumuz yaralanıb.

1news.az-ın verdiyi xəbərə görə, bu barədə Azərbaycan XİN-in Mətbuat xidmətinin bəyanatında bildirilib.

"Vurğulayırıq ki, Ermənistan-Azərbaycan dövlət sərhədində növbəti təxribatı törədərək, vəziyyəti gərginləşdirmək məsuliyyəti tam olaraq Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərindədir.

Ermənistanı bölgədə yaranmış yeni reallıqları qəbul etməyə, hərbi təxribatlara son verməyə və iki dövlət sərhədinin delimitasiyası üzrə danışıqlara başlamağa çağırırıq.

Azərbaycan beynəlxalq sərhədləri çərçivəsində ərazi bütövlüyünü qorumaq hüququnu özündə saxlayır və ərazi bütövlüyümüzə qarşı atılacaq hər hansı addımlar qətiyyətlə cavablandırılacaq".

Paylaş:
576

Son xəbərlər

Bütün xəbərlər