Könül Nurullayeva: Beynəlxalq təşkilatlar sərhəddə yaranmış gərginlikdən narahatlıq ifadə etməklə kifayətlənməməlidirlər | 1news.az | Xəbərlər
Siyasət

Könül Nurullayeva: Beynəlxalq təşkilatlar sərhəddə yaranmış gərginlikdən narahatlıq ifadə etməklə kifayətlənməməlidirlər

S.Xankişiyeva17:10 - 30 / 07 / 2021
Könül Nurullayeva: Beynəlxalq təşkilatlar sərhəddə yaranmış gərginlikdən narahatlıq ifadə etməklə kifayətlənməməlidirlər

Ermənistan sərhəddə təxribatlar törətməklə regionda gərginlik yaratmaq, artıq həll olunmuş münaqişə ətrafında manipulyasiya etməyə çalışır. Amma Ermənistanın bu səyləri nəticə verməyəcək.

Azərbaycan beynəlxalq sərhədlərini qoruyur. Sərhədlərin delimitasiya və demarkasiyası Azərbaycanın beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində həyata keçirilir. Amma münaqişənin həllindən 8 aydan da çox vaxt keçməsinə baxmayaraq, Ermənistan mövcud reallıqlarla barışmaq istəmir. 10 noyabr 2020-ci ildə imzaladığı üçtərəfli bəyanatın şərtlərini yerinə yetirməkdən boyun qaçırır. Yəni, eynilə münaqişə dövründə sülh danışıqlarında müzakirə olunan baza prinsiplərini təhrif etdiyi kimi, bu sənədi təhrif etməyə, özünün absurd şərtlərini irəli sürməyə can atır.

Amma bunun Ermənistana faydasından çox zərəri dəyəcək. Kəlbəcər istiqamətində törətdiyi təxribatların cavabı gözlənildiyi kimi ağır oldu. Çünki Azərbaycan 28 ildən sonra öz ərazi bütövlüyünü təmin edib və sərhədlərinin təhlükəsizliyini qorumaq bütün ölkələr kimi Azərbaycanın da suveren hüququdur. Burada beynəlxalq hüququn prinsiplərini pozan Ermənistandır. Bu ölkə məsuliyyətsiz davranışlara son qoymalı, üzərinə götürdüyü öhdəliklərə riayət etməlidir. Dezinformasiyalar yayaraq, günahı Azərbaycan tərəfinin üzərinə atmaq isə nəticə verməyəcək. Çünki Azərbaycanın sərhəd gərginliyində maraqlı olmadığı aydındır. Bölgədə sülhü təmin edən Azərbaycan bunun dayanıqlı olmasında maraqlıdır. Bu səbəbdən rəsmi Bakı Ermənistan da daxil olmaqla bütün region dövlətlərinə əməkdaşlıq təklif edir.

Biz beynəlxalq ictimaiyyətdən Ermənistana təzyiq göstərməyi gözləyirik. Beynəlxalq təşkilatlar sərhəddə yaranmış gərginlikdən narahatlıq ifadə etməklə kifayətlənməməlidirlər. ATƏT-in Minsk Qrupu həmsədrlərinin bəyanatında tərəflərin vəziyyətin dərhal deeskalasiyasına, təxribatçı ritorikadan və hərəkətlərdən çəkinməyə və razılaşdırılmış atəşkəs sazişləri çərçivəsində götürdükləri öhdəlikləri tam şəkildə yerinə yetirməyə çağırılması bir daha göstərir ki, vasitəçilər yenə təxribatçı tərəfi öz adı ilə çağırmır. Burada çağırış hər iki tərəfə ünvanlanıb. Halbuki həmsədrlər həqiqətən də sülhyaratma missiyasını yerinə yetirmək istəyirlərsə, ümumi yox, ünvanlı bəyanat verməlidirlər. Həmsədr ölkələrin səfirləri “status” məsələsini gündəmə gətirib Ermənistanı revanşizmə həvəsləndirməməlidir.

Paylaş:
365

Son xəbərlər

Cəlilabadda zəlzələ olubBu gün, 17:34Bakıda 4 avtobus marşrutunun iş saatı uzadılırBu gün, 17:29Azərbaycan XİN: Polşa Prezidentinin “binokl şousu”nda iştirak etməsindən təəssüflənirikBu gün, 17:18Qlobal “Yaşıl artım portalı” istifadəyə verilib - VİDEOBu gün, 17:00Bələdiyyə seçkiləri ilə əlaqədar MSK-da ekspert qrupu yaradılıbBu gün, 16:48Ədliyyə nazirinin Ağdamda keçiriləcək vətəndaş qəbulunun vaxtı dəyişdirilibBu gün, 16:47Qərbi Azərbaycan İcması Fransa kanalının filmi ilə bağlı bəyanat yayıbBu gün, 16:19Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtı bəlli olduBu gün, 16:13Azərbaycan Qızıl Aypara Cəmiyyətinin əməkdaşı 25 yaşında vəfat edibBu gün, 16:07Bərdədə avtomat satmaq istəyən şəxs saxlanılıbBu gün, 15:49Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42
Bütün xəbərlər