Çavuşoğlu: Azərbaycanlı qardaşlarımızın çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir
Azərbaycan xalqının Qarabağ müharibəsi zamanı qəhrəman Azərbaycan əsgərinə necə yardım etdiyinin şəxsən şahidi oldum. Bu yanğın zamanı olduğu kimi hər zaman yanımızda olan qardaş Azərbaycana, cənab prezident İlham Əliyevə böyük təşəkkürlərimi bildirirəm.
1news.az-ın Trend-ə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib. Nazir yanğınla bağlı Azərbaycanla təmaslardan da danışıb:
"Birinci qardaşım Ceyhun (Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov) mənimlə təmasa keçdi, daha sonra Kəmaləddin Heydərov zəng etdi. Prezident İlham Əliyevin tapşırığı əsasında Türkiyəyə yardım göndərmək istədiklərini bildirdilər. Həmin vaxt yanımda kənd təsərrüfatı və meşəçilik nazirimiz də var idi. Təşəkkür etdik. O danışıqdan sonra Azərbaycandan 100-dən çox yanğınsöndürmə mütəxəssisi Türkiyəyə gəldi. Qardaşlarımızın bizi düşünməsi, çətin günlərdə həmrəylik göstərməsi bizi sevindirir. Bir daha təşəkkür edirik".