Aİ-nin Azərbaycandakı Nümayəndəliyinə yeni rəhbər təyin olunub
Avropa İttifaqı Azərbaycana yeni səfir təyin edib.
1news.az-ın APA-ya istinadla verdiyi xəbərə görə, bu barədə Avropa İttifaqının Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell qərar imzalayıb.
Qərara əsasən, Peter Miçalko Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri təyin olunub. O, hazırda Aİ-nin Moldovadakı Nümayəndəliyinin rəhbəridir.
Daha əvvəl Peter Miçalko Slovakiyanın Yunanıstandakı səfiri olub.
Qeyd edək ki, bundan əvvəl Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri postunda çalışan Kestutis Yankauksak təşkilatın Qazaxıstandakı Nümayəndəliyin rəhbəri təyin olunub.
306