Ekoloji terrorun acığına Qarabağın meşələrini bərpa edək! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Ekoloji terrorun acığına Qarabağın meşələrini bərpa edək! - FOTO

13:10 - 05 / 08 / 2021
Ekoloji terrorun acığına Qarabağın meşələrini bərpa edək! - FOTO

Bu günlərdə Türkiyədə meşə yanğınları tüğyan edir.

Ölkənin bütün cənub-qərb rayonları qatı tüstü ilə əhatələnib. Dəhşətli yanğın Aralıq, Egey və Qara dənizinin sahillərini ağuşuna alıb.

Fövqəladə hallar üzrə xidmətlər artıq bir həftədən çoxdur ki, Antalya, Muğla, Mərsin, İsparta, Adana, Dənizli, Osmaniyə və digər bir sıra vilayətlərdə tüğyan edən yanğınlarla mübarizə aparırlar.

Zərər çəkmiş rayonları təbii fəlakət zonası elan edən prezident Ərdoğan onların bərpası üçün lazım olan bütün tədbirlərin görüləcəyini vəd edib.

8 nəfərin ölümünə, 850 nəfərdən çox insanın xəsarət almasına səbəb olmuş, insanları ev və əmlakından məhrum etmiş, minlərlə heyvanı və çox böyük ərazidə bitki örtüyünü məhv etmiş bu faciə özgənin kədərini bölüşən hər kəsi sarsıtdı. Təbii fəlakətlə mübarizədə bir neçə ölkə həm sözdə, həm də əməldə Türkiyəyə dəstək oldu. Qardaş ölkənin kədərinə ürəkdən acıyan Azərbaycan ilk dəqiqələrdən etibarən köməyini əsirgəmədi.

Bəziləri isə aşkar ədəbsizlik nümayiş etdirdi. Qədim demokratiya ənənələri ilə öyünən bəzi dövlətlər humanizm nümayiş etdirə bilmədilər. Türkiyə XİN-in rəhbəri Mövlud Çavuşoğlu bəyan etdi ki, yanğınlarla mübarizədə Türkiyəyə kömək göstərməklə bağlı Aİ-nin çağırışına hay verən Fransa və Yunanıstan sonradan öz təkliflərindən imtina etdilər: “Rəsmi Afina Yunanıstanda da yanğınların baş verdiyini əsas gətirərək aviasiya dəstəyi göstərə bilməyəcəyini bildirdi. Almaniya Türkiyəyə yanğınsöndürən təyyarələr göndərməyi təklif etsə də, ölkədə böyük miqyaslı daşqınların baş verməsinə əsaslanaraq fikrindən daşındı”.

Özgənin bədbəxtliyinə açıq şəkildə sevinən ermənilər çox iyrənc və mənəviyyatsız şəkildə reaksiya verərək Türkiyə xalqına olan hirs və nifrətlərini Türkiyənin təbiətinə yönəltdilər. Bu günlərdə sosial şəbəkələrdə Türkiyə xalqının kədərinə sevindiklərini açıq şəkildə nümayiş etdirərək daxili çirkablarını axıdır və “bundan sonra da Türkiyəni məhv etmək” çağırışları səsləndirəcək səviyyəyədək alçalırlar. Bunun nə dərəcədə alçaq və əxlaqa zidd hərəkət olması bir yana, bu insanlar o qədər məhdud düşüncəyə malikdirlər ki, təbiət kataklizmlərinin və onların fasadlarının böyük ölçüdə sərhəd tanımadığını anlamırlar.

Bu münasibəti görəndən sonra Türkiyənin ekoloji terrorla üzləşməsi və ölkəni ağuşuna alan meşə yanğınlarının məqsədyönlü diversiya olması ehtimalına daha çox inanmağa başlayırsan. Bu günlərdə getdikcə daha çox türkiyəli ekspert bu nəticəyə gəlir. Türkiyə hakimiyyəti də bu ehtimalı istisna etmir.

Türkiyədə başlayan meşə yanğınlarına görə məsuliyyəti öz üzərinə götürmüş və PKK terror təşkilatına bağlı olan “Atəşin uşaqları” qrupunun bəyanatının nə dərəcədə ciddi olması hələ bəlli deyil. Hazırda Türkiyə hüquq-mühafizə orqanları tərəfindən aparılan hərtərəfli araşdırmalardan sonra hər şey aydın olacaq. Lakin yanğınların təxribat nəticəsində meydana gəlməsi versiyası artıq öz təsdiqini tapmaqdadır. Belə ki, ölkədə qəsdən yanğın törətməkdə ittiham edilən şəxslərin həbslərinə başlanılıb.

Azərbaycan ekoloji terror problemlərinin ağırlığını çox gözəl anlayır. 30 illik işğal dövründə Azərbaycana qarşı həm də ekoloji müharibə aparılıb.

Erməni faşistləri amansızlıqla meşələri məhv edir, çayları zəhərləyir, Sərsəng su anbarı vasitəsilə quraqlıq və daşqın yaradır, sahələri yandırırdı. Yay gəlincə işğalçı artıq mövcud olmayan təmas xətti və sərhəd boyunca qəsdən irimiqyaslı yanğınlar törədirdi.

Həmin vaxt işğal altında olan ərazilərdə törədilən yanğınların monitorinqi çərçivəsində “Azersky” peyki vasitəsilə çəkilmiş şəkillər erməni tərəfinin ekoloji sabotajının təkzibolunmaz sübutlarıdır. Yüz minlərlə hektar ərazidə canlı hər şeyi məhv edən dəhşətli yanğınlar ekoloji tarazlığı pozaraq, Tovuz, Tərtər, Ağdam, Xocavənd, Füzuli rayonları üçün bərpaolunmaz fəsadlara səbəb olmaq təhlükəsi yaradırdı.

Münbit torpaqları yandırılmış səhraya çevirməklə, flora və faunanı məhv etməklə, ekosistemi pozmaqla Ermənistan addım-addım regionu ekoloji faciəyə doğru aparırdı. Qarabağın əvvəllər işğal altında olan ərazilərində meşə örtüyünün sahəsi 260,3 min hektar təşkil edirdi. Onun 54 min hektarı məhv edilmişdir. Münbit torpaq qatına vurulan zərərdən sabayı yanğın həm də bitki örtüyünü məhv edir, atmosferi çirkləndirir, heyvanları qırır və onları xilas olmaq üçün yaşama arealını dəyişməyə məcbur edirdi.

İşğalçıların cinayətləri yanğınlarla məhdudlaşmırdı. Bu illər ərzində erməni faşistləri amansızlıqla su resurslarını çirkləndirir, faydalı qazıntı yataqlarını istismar edir, müntəzəm olaraq qiymətli ağac növlərini kəsərək Ermənistana daşıyırdılar. Bunun nəticəsi olaraq, son illərdə Ermənistanda mebel sənayesi məhsullarının istehsalında və qiymətli oduncaq və material ixracında artım qeydə alınırdı.

Prezident, Ali Baş Komandan İlham Əliyevin başçılığı altında müzəffər Azərbaycan ordusu Vətən müharibəsində tarixi zəfər çalaraq, Azərbaycanın təbii sərvətlərinin dağıdılması və məhvinə son qoydu. Hazırda işğaldan azad edilmiş torpaqlarda hərtərəfli bərpa, quruculuq və reabilitasiya işləri aparılır. Dövlət başçısının ən vacib tapşırıqlardan biri də təbiətə qarşı diqqətli münasibətdir.

“Qarabağ Dirçəliş Fondu”nun yeni təşəbbüsü də ölkə başçısının tapşırığının icrasına yönəlib.

Qarabağın yaşıllaşdırılmasına və azad edilmiş ərazilərdə təbiətin bərpa edilməsinə yönəlmiş təşəbbüs “Qarabağın meşələrini birlikdə bərpa edək!” adlanır. Hər birimiz bu nəcib əmələ öz töhfəmizi verə və bununla da Qarabağın ekoloji bərpasını dəstəkləyə bilərik. Bunun üçün Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə sıx əməkdaşlıq çərçivəsində doğma Qarabağımızda pozulmuş ekoloji tarazlığın bərpasına fəal dəstək verəcək “Qarabağ Dirçəliş Fondu”na ianə etmək kifayətdir.

İanəni buradan etmək olar.

Paylaş:
2049

Son xəbərlər

Bakıda “Ford Mustang”la avtoxuliqanlıq edən sürücü həbs olunub - VİDEO25 / 04 / 2024, 17:58Malıbəyli kəndində aşkar edilmiş insan qalıqlarının sayı 8-ə çatıb25 / 04 / 2024, 17:56Azərbaycanda vəkillərin sayı açıqlandı25 / 04 / 2024, 17:51İlham Əliyev və Sadır Japarov Ağdamda Şahbulaq qalasında olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 17:46SOCAR ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb25 / 04 / 2024, 17:27İlham Əliyev Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edib25 / 04 / 2024, 17:19Yelo Bank ilə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı arasında müqavilə imzalanıb - FOTO25 / 04 / 2024, 17:16İlham Əliyev və Sadır Japarov Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanış olublar - YENİLƏNİB25 / 04 / 2024, 17:13Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb25 / 04 / 2024, 17:02Buraxılış imtahanlarında ən yüksək və aşağı nəticəni göstərən bölgələr açıqlandı25 / 04 / 2024, 16:58Qarabağa avtobusla getmək istəyənlərin NƏZƏRİNƏ: May üçün biletlər satışa çıxarılır25 / 04 / 2024, 16:54İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib25 / 04 / 2024, 16:21“CÀSÀ” Kulinariya Mərkəzində “CÀSÀ” Culinary Cup 2024” təşkil olunub - FOTO25 / 04 / 2024, 16:11Ceyranbatan kanalında batdığı ehtimal olunan uşağın axtarışları davam edir - VİDEO25 / 04 / 2024, 15:57Azərbaycanın ilk ombudsmanı dəfn edilib - -FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:42İlham Əliyev və Sadır Japarov Ağdam şəhərində olublar - FOTO - YENİLƏNİB25 / 04 / 2024, 15:21Azərbaycanda insanlar “TikTok”a məhdudiyyətlərin tətbiqini istəyir? – STM sorğu keçirdi25 / 04 / 2024, 14:57Xocalının Malıbəyli kəndində kütləvi məzarlıq aşkar edilib25 / 04 / 2024, 14:41Siyasi-diplomatik masada Azərbaycan adı - Sülh şəraitində qələbə25 / 04 / 2024, 13:55Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Cümə məscidinin açılışını ediblər - FOTO25 / 04 / 2024, 13:54
Bütün xəbərlər