Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN | 1news.az | Xəbərlər
Siyasət

Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN

S.Xankişiyeva09:35 - 11 / 08 / 2021
Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub - MN

Avqustun 11-i saat 01:05-də Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zərkənd yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonu Dəmirçidam yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini müxtəlif çaplı silahlardan atəşə tutub.

Bu barədə 1news.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

Paylaş:
449

Son xəbərlər

Bütün xəbərlər