Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında media sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında media sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

S.Xankişiyeva12:59 - 11 / 08 / 2021
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında media sahəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

Azərbaycan Respublikasının Səudiyyə Ərəbistanı Krallığındakı səfiri Şahin Abdullayev Səudiyyə İnformasiya Agentliyinin (SPA) prezidenti Fəhd bin Həsən əl-Əqran ilə görüşüb.

1news.az-ın AZƏRTAC-a istinadla verdiyi xəbərə görə, görüşdə Azərbaycan Dövlət İnformasiya Agentliyi (AZƏRTAC) ilə SPA arasında imzalanmış anlaşma memorandumunun ikitərəfli əməkdaşlıq üçün geniş imkanlar açdığı vurğulanıb, iki ölkənin kütləvi informasiya vasitələri əməkdaşlarının qarşılıqlı səfərlərinin təşkili, səudiyyəli jurnalistlərin, habelə SPA prezidentinin Azərbaycana səfəri barədə fikir mübadiləsi aparılıb.

SPA-nın prezidenti Fəhd bin Həsən əl-Əqran Azərbaycan KİV nümayəndələrindən ibarət 20 nəfərlik qrupun Səudiyyə Ərəbistanına səfərinin təşkil olunmasını təklif edib, AZƏRTAC-la xəbər mübadiləsinin qarşılıqlı əsaslarla artırılması məsələsində əməkdaşlığın genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb. SPA prezidenti münasib vaxtda Azərbaycana səfər edəcəyini bildirib.

Paylaş:
429

Son xəbərlər

Bütün xəbərlər