Azərbaycan Milli Olimpiya komandasının beş məşqçisi "Prezidentin fəxri diplomu” ilə təltif edildi | 1news.az | Xəbərlər
Rəsmi

Azərbaycan Milli Olimpiya komandasının beş məşqçisi "Prezidentin fəxri diplomu” ilə təltif edildi

S.Xankişiyeva16:47 - 12 / 08 / 2021
Azərbaycan Milli Olimpiya komandasının beş məşqçisi "Prezidentin fəxri diplomu” ilə təltif edildi

Prezident İlham Əliyev Azərbaycan Milli Olimpiya komandası üzvlərinin “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadla verdiyi xəbərə görə, XXXII Tokio Yay Olimpiya Oyunlarında qazanılmış yüksək nailiyyətlərə və Azərbaycan idmanının inkişafında xidmətlərinə görə Azərbaycan idmançılarının aşağıda adları çəkilən məşqçiləri “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər.

Abdullayev Namiq Yədulla oğlu

Bəşirov Yaşar Eyyub oğlu

Morozov Denis Valeryeviç

Musayev Füzuli İsa oğlu

Tağıyev Qurban Vaqif oğlu.

Paylaş:
534

Son xəbərlər

Bütün xəbərlər