Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO

S.Xankişiyeva15:27 - 13 / 08 / 2021
Türkiyədə “Dağ komando kursunda” iştirak edən Azərbaycan hərbçilərinin buraxılış mərasimi keçirilib - FOTO

Türkiyənin İsparta şəhərində yerləşən Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında iyulun 20-də start götürən “Dağ komando kursunda” Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları iştirak ediblər.

Azərbaycanın Ankaradakı səfirliyindən 1news.az-a bildiriblər ki, avqustun 13-də Dağ Komando Məktəbi və Təlim Mərkəzi Komandanlığında Azərbaycan Ordusunun hərbi qulluqçularının buraxılış mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı hərbi attaşesi, polkovnik Müşfiq Məmmədov iştirak edib.

Paylaş:
486

Son xəbərlər

Bütün xəbərlər