Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək | 1news.az | Xəbərlər
Siyasət

Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək

S.Xankişiyeva14:25 - 14 / 08 / 2021
Tezliklə “Yolumuz Ağdama” adlı səfərlər təşkil ediləcək

Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz 30 il düşmən tapdağı altında olmuş əzəli torpaqlarımızı işğaldan azad edib və xalqımız öz doğma diyarına qovuşub.

Mənfur düşmən işğal dövründə torpaqlarımızı talan edib, xarabalığa çevirib, daşı daş üstündə qoymayıb. Qarabağımızın qədim və zəngin mədəni-tarixi irsinə, bioekoloji müxtəlifliyinə, iqtisadiyyatına külli miqdarda zərər vurulub, keçmiş təmas xətti boyunca, xüsusilə də Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad edilmiş əraziləri yüz minlərlə piyada və tank əleyhinə minalarla, partlamamış hərbi sursatlarla çirkləndirilib.

Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərdən dərhal sonra Azərbaycan Respublikası Prezidentinin tapşırığı ilə həmin ərazilərdə təhlükəsizliyin təmin edilməsi, Qarabağın bərpası, məcburi köçkünlərin öz dədə-baba torpaqlarına qayıdışının təşkili və digər bu kimi tədbirlər müxtəlif dövlət qurumları arasında əlaqələndirilməklə həyata keçirilir. Bu tədbirlərdən biri də məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışına hazırlıq çərçivəsində təhlükəsizliyin tam təmin edilməsi şərtilə Azərbaycan vətəndaşlarının ilkin mərhələdə işğaldan azad olunmuş ərazilərə səfərlərinin təşkili ilə bağlıdır.

Ağdam şəhəri daxil olmaqla Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyindən 1news.az-a bildiriblər ki, “Yolumuz Ağdama” adlanan ilk belə səfərin Ağdam şəhəri daxil olmaqla, bu rayonun minalardan təmizlənmiş hissəsinə təşkili nəzərdə tutulur. Zəruri hazırlıq və təhlükəsizlik işləri başa çatdıqdan sonra işğaldan azad olunmuş digər ərazilərə də belə səfərlərin təşkili planlaşdırılır.

“Yolumuz Ağdama” səfərləri xüsusi qaydalara əsaslanmaqla təlimlərdən keçmiş bələdçilər, sürücülər və səfər təşkilatçılarının nəzarəti altında təşkil olunacaq.

Məlum olduğu kimi, işğaldan azad edilmiş bir çox ərazilərdə, o cümlədən Ağdamda infrastrukturun bərpası və yenidənqurma işlərinə başlanılıb, Ağdam şəhərinin Baş Planı ictimaiyyətə təqdim edilib. Bu baxımdan “Yolumuz Ağdama” səfərlərinin təşkilinin davam etməkdə olan bərpa işlərinin hazırkı ilkin mərhələsindən başlaması vətəndaşlarımıza həm mənfur düşmənin törətdiyi vandalizmin və vəhşiliklərin şahidi olmaq, həm də şəhər və digər yaşayış məntəqələri bərpa edildikcə gedən quruculuq işləri ilə tanış olmaq üçün tarixi bir imkan yaradacaqdır.

Bununla yanaşı, bir daha qeyd olunmalıdır ki, hazırda minalar və partlamamış hərbi sursatlarla bağlı ciddi təhlükə qalmaqda davam etdiyi üçün işğaldan azad edilmiş ərazilərə icazəsiz səfərlər qadağandır. Səfərlərin təşkil ediləcəyi dəhliz Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi tərəfindən minalardan təmizlənsə də, digər ərazilərdə işlər hələ davam edir. Bunu nəzərə alaraq səfər iştirakçıları bütün qaydalara və göstərişlərə əməl etməlidirlər.

Qeyd olunanları nəzərə alaraq tezliklə təşkil olunacaq “Yolumuz Ağdama” adlı səfərlərin keçiriləcəyi tarix və şərtlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcəkdir.

Paylaş:
458

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər