Prezident İlham Əliyev: Sözdə «erməni soyqırımı»nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev: Sözdə «erməni soyqırımı»nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər

22:31 - 14 / 08 / 2021
Prezident İlham Əliyev: Sözdə «erməni soyqırımı»nı tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər

Xocalı soyqırımı dünyanın gözü qarşısında baş verdi.

Bu, yaxın tarixin hadisəsidir. Ancaq bunu bir çox ölkələr görmək istəmirlər və cəmi 13 ölkə Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Əlbəttə, bu da böyük nailiyyətdir. Çünki mən hakimiyyətə gələndə bu ölkələrin sayı sıfıra bərabər idi.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Bizim səylərimiz və eyni zamanda, apardığımız düzgün təbliğat, təhsil, sərgilər, təqdimatlar bir çox ölkələrdə Xocalı qurbanları ilə bağlı həqiqətlərin çatdırılmasında mühüm rol oynadı. Əlbəttə ki, bizim başqa ölkələrlə münasibətlərimiz. Biz son illər ərzində bir çox müttəfiq qazandıq. Ancaq sözdə “erməni soyqırımı”nı tanıyan, o saxta “soyqırımı” tanıyan ölkələr Xocalı soyqırımını tanımaq istəmirlər. Onlar saxta tarixi qəbul edirlər. Aydın məsələdir ki, burada da əsas amil siyasi amildir. Amma real soyqırımı görməzliyə vururlar. Bu, ədalətsizlikdir. Biz çoxdandır ki, bu ədalətsizliklə yaşayırıq, buna öyrəşmişik, təəccüb də etmirik”.

Paylaş:
577

Son xəbərlər

Naxçıvan Müəllimlər İnstitutunun rektoru vəzifəsindən azad olunub - SƏRƏNCAMBu gün, 15:31Azərbaycan Milli Konservatoriyasına yeni rektor təyin edilibBu gün, 15:30Azərbaycan İsrail və Livan arasında atəşkəsi alqışlayıbBu gün, 15:05Leysan xarakterli yağış yağacaq - XƏBƏRDARLIQBu gün, 14:56Qubada su basan ərazilərdə tədbirlər görülüb - VİDEOBu gün, 14:51Şabranda seldə batan avtomobildə qalan şəxs xilas edilib - VİDEOBu gün, 14:39Ağdaşda at oğurluğunda şübhəli bilinən şəxs saxlanılıbBu gün, 14:16Bakıda 27 ünvanda təmir işləri aparılıbBu gün, 13:56Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilibBu gün, 13:47Əlaçı tələbələrin kredit borcunun 433 min manatı bağışlanıbBu gün, 13:42Bəzi vergi ödəyicilərinə elektron kabinetə kod-parolla daxil olmaq imkanı yaradılırBu gün, 13:38Nazir DOST mərkəzlərində xidmət göstərilmiş vətəndaşların sayını açıqladıBu gün, 13:22Gələn il yaşayış minimumu və ehtiyac meyarının həddi qaldırılırBu gün, 13:06DSMF-nin 2025-ci il üçün büdcə layihəsi I oxunuşda qəbul edilibBu gün, 12:54Leyla Əliyeva MAMA “Ana təbiət” sərgisi ilə bağlı paylaşım edib – FOTOBu gün, 12:40Sabah hava necə olacaq? - PROQNOZBu gün, 12:36Spiker deputatlara irad bildiribBu gün, 12:14“Gürcü Arzusu” partiyası prezidentliyə namizədinin adı bəlli olduBu gün, 12:07Fərid Qayıbov məşqçilik ixtisası üzrə ingilis dilində təhsil alan tələbələrlə görüşübBu gün, 11:41FHN: Ötən sutka 3 nəfər xilas edilibBu gün, 11:28
Bütün xəbərlər