Prezident İlham Əliyev: Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi | 1news.az | Xəbərlər
Siyasət

Prezident İlham Əliyev: Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi

22:34 - 14 / 08 / 2021
Prezident İlham Əliyev: Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi

Bizim əsas hədəfimiz öz məqsədlərimizə nail olmaqdır.

Bir nömrəli hədəf Qarabağın və Şərqi Zəngəzurun azad edilməsi idi. Bu, tarixi missiya idi. Bütün güclər səfərbər edilmişdi.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “CNN Türk” televiziya kanalına müsahibəsində bildirib.

Dövlətimizin başçısı deyib: “Biz gecə-gündüz bu hədəfə doğru gedirdik və ona çatdıq. İndi yeni hədəflər ortadadır. Bu hədəflər Qələbəni, Zəfəri möhkəmləndirmək, Azərbaycanın təhlükəsizliyini təmin etmək, azad olunmuş torpaqları yenidən qurmaq və Ermənistanın revanşist qüvvələrinin baş qaldırmasına imkan verməməkdir”.

Paylaş:
437

Son xəbərlər

Bütün xəbərlər