Şəhid ədliyyə kapitanının anım mərasimi keçirilib – FOTO – VİDEO | 1news.az | Xəbərlər
Siyasət

Şəhid ədliyyə kapitanının anım mərasimi keçirilib – FOTO – VİDEO

S.Xankişiyeva11:26 - 14 / 08 / 2021
Şəhid ədliyyə kapitanının anım mərasimi keçirilib – FOTO – VİDEO

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Vətən müharibəsində şəhid olan ədliyyə kapitanı Ruhin Müzəffər oğlu Xəlilovun anım günü keçirilib.

Müdafiə Nazirliyinin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, əvvəlcə şəhidin məzarı ziyarət olunub. Sonra Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində şəhidin anım tədbiri keçirilib.

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın bütövlüyü, suverenliyi uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Şəhidin ailə üzvləri və yaxınları, döyüş yoldaşları və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə ədliyyə kapitanı R.Xəlilovun vətənpərvərliyindən, keçdiyi döyüş yolundan, göstərdiyi qəhrəmanlıq və şücaət nümunələrindən danışılıb.

Sonda tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.

Paylaş:
418

Son xəbərlər

Baba Vəziroğluna “Heydər Əliyevin 100 illiyi” yubiley medalı təqdim olunub16 / 05 / 2024, 17:51Azərbaycan və Küveyt vəkillər kollegiyaları arasında Memorandum imzalanıb16 / 05 / 2024, 17:48“Turan Tovuz” klubunun şikayəti təmin edilməyib16 / 05 / 2024, 17:45Bakıda tıxacların aradan qaldırılması məqsədilə 7 layihə icra ediləcək16 / 05 / 2024, 17:36Şimal-Cənub marşrutu ilə yükdaşımalarda yeni dövr: Astara terminalı istifadəyə verildi16 / 05 / 2024, 17:34Mədəniyyət Nazirliyində Xalq artisti Əbdül Mahmudbəyovla görüş olub - FOTO16 / 05 / 2024, 17:25Qarabağ Universitetində daha iki vakansiya elan edilib16 / 05 / 2024, 17:13IV və VI siniflərdə monitorinqlərdə iştirak edə bilməyənlər təkrar imtahana cəlb edilməyəcək16 / 05 / 2024, 16:57Qusar bələdiyyəsinin sədri həbs olunub16 / 05 / 2024, 16:47Belarus Prezidenti Aleksandr Lukaşenko Bakıda şəhidlərin xatirəsini anıb16 / 05 / 2024, 16:35Şəmkirdə klinikada rentgen-müayinə fəaliyyəti dayandırılıb - FOTO16 / 05 / 2024, 16:18Gənc Tamaşaçılar və Gəncə Dövlət Dram teatrlarına “milli” statusu verilib16 / 05 / 2024, 16:04Azərbaycan və Belarus prezidentləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə tanış olublar16 / 05 / 2024, 16:01Azərbaycanda küləkli hava şəraiti xəbərdarlığı rəng şkalası ilə təqdim olunmağa başlanılıb16 / 05 / 2024, 15:46Şəhid Novruz Quliyevin Edillidə aşkarlanan nəşinin qalıqları Füzulidə torpağa tapşırılıb16 / 05 / 2024, 15:39Bu ilin ilk üç ayında doğulan əkiz və üçəmlərin sayı açıqlanıb16 / 05 / 2024, 15:35Azərbaycan və Belarus prezidentərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB 116 / 05 / 2024, 15:19Oğuzda suvenir pullarla təqaüdçüləri aldadan şəxs saxlanılıb16 / 05 / 2024, 15:03Azərbaycan və Belarus arasında doqquz sənəd imzalanıb - YENİLƏNİB16 / 05 / 2024, 14:53İlham Əliyev və Aleksandr Lukaşenko mətbuata bəyanatlarla çıxış ediblər16 / 05 / 2024, 14:46
Bütün xəbərlər