Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı sülhməramlıları müzakirə edib | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı sülhməramlıları müzakirə edib

13:49 - 16 / 08 / 2021
Ceyhun Bayramov Çavuşoğlu ilə Əfqanıstandakı sülhməramlıları müzakirə edib

Bu gün xarici işlər naziri Ceyhun Bayramovla Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında telefon danışığı baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumata görə, nazirlər bölgədə mövcud olan cari vəziyyət və ikitərəfli əməkdaşlıq gündəliyi üzrə fikir mübadiləsi aparıblar.

Telefon danışığı zamanı tərəflər, həmçinin Əfqanıstanda Türkiyə və Azərbaycan sülhməramlılarının birgə fəaliyyəti, bu missiyanın hazırkı durumunu müzakirə ediblər.

1news.az

Paylaş:
375

Son xəbərlər

Bütün xəbərlər