Yasamalda avtomobil yollarının yenidən qurulmasına vəsait ayrılıb - SƏRƏNCAM | 1news.az | Xəbərlər
Rəsmi

Yasamalda avtomobil yollarının yenidən qurulmasına vəsait ayrılıb - SƏRƏNCAM

14:39 - 23 / 08 / 2021
Yasamalda avtomobil yollarının yenidən qurulmasına vəsait ayrılıb - SƏRƏNCAM

Prezident İlham Əliyev Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

1news.az-ın dövlət başçısının rəsmi saytına istinadən xəbərinə görə, Sərəncamda qeyd edilir ki, Bakı şəhərinin Yasamal rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 1,6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılır.

Paylaş:
417

Son xəbərlər

Bütün xəbərlər