Deputat COVID pasportu ilə bağlı yoxlamalara toxundu: Ehtiyac varmı? | 1news.az | Xəbərlər
Cəmiyyət

Deputat COVID pasportu ilə bağlı yoxlamalara toxundu: Ehtiyac varmı?

Qafar Ağayev12:11 - 13 / 09 / 2021
Deputat COVID pasportu ilə bağlı yoxlamalara toxundu: Ehtiyac varmı?

"Böyük Britaniya izdihamlı yerlərin girişində COVID pasport yoxlamaları tətbiq etmək planlarından imtina edib. Səhiyyə naziri Sacid Cavid bunu belə izah edib: "Nəyisə sadəcə etmək xatirinə etmək lazım deyil". Danimarkada isə bütün karantin məhdudiyyətləri ləğv olunub”.

1news.az-ın məlumatına görə, bunu Milli Məclisin deputatı Nigar Arpadarai COVID pasportu ilə bağlı yoxlamalar barədə fikirlərini bölüşərkən deyib.

Deputatın sözlərinə görə, 2020-ci ilin əvvəlində dünyada tətbiq olunmağa başlayan karantin tədbirlərinin aydın bir məqsədi vardı - səhiyyə sisteminə olan təzyiqi azaltmaq və onun çökmə təhlükəsinin qarşısını almaq.

“Həmin aylar ərzində müvafiq işlər görülməli, xəstəxanalar və kadrlar hazırlanmalı, müalicə protokolları təkmilləşdirilməli, dərman təchizatı sistemi qurulmalı idi, qısa söyləsək, səhiyyə və bütün digər sahələr yeni şəraitə uyğunlaşmalı idi.

Böyük Britaniya və Danimarka kimi ölkələr bu yolla gedərək, hazırda vətəndaşları əsassız məhdudiyyətlərə məruz qoymamaq, COVID virusuna yoluxmalar şəraitində yaşamaq üçün hazırdırlar.

Azərbaycanda da pandemiya ilə mübarizə sahəsində çox işlər görülüb. Son bir il yarım ərzində dövlət xəstəxanalara, avadanlıqlara, dərmanlara böyük vəsait ayırıb. Peyvəndləməyə də erkən başlanılıb. Bunlar təqdirəlayiqdir! Amma indiki mərhələdə bir sual yaranır - 𝐂𝐨𝐯𝐢𝐝 𝐩𝐚𝐬𝐩𝐨𝐫𝐭𝐮𝐧 𝐭ə𝐭𝐛𝐢𝐪𝐢𝐧ə 𝐞𝐡𝐭𝐢𝐲𝐚𝐜 𝐯𝐚𝐫𝐦ı? Azərbaycanda hal-hazırki məhdudiyyətlər epidemioloji, iqtisadi və hüquqi baxımdan məqsədəuyğundurmu?!

COVID virusunu öncə keçirmiş, antikor olan insanlardan peyvəndi təsdiq edən sənəd (COVID pasportu) tələb edilməlidirmi? Axı bu insanlarda yenidən yoluxma ehtimalı demək olar ki, sıfıra yaxındır (bunu beynəlxalq araşdırmalar göstərir). Peyvəndi artıq virusu keçirmiş birinə sərf etmək heç bir praktik nəticə verməyən, enerji, pul və vaxt itkisidir, səhiyyə sisteminə yükdür. Üstəlik, Azərbaycanda peyvənd olunanların və virusa yoluxanların (antikor olanların) sayı çoxdur".

"COVID pasportunun yoxlanması ticarət mərkəzlərində və restoranlarda insanları infeksiyadan qorumağın yoludurmu?!" - deyə, deputat fikirlərinə əlavə edib:

""Vaksin olunanlar xəstəliyi daha asan keçirir" arqumenti var, amma COVİD pasportu olanlar belə digərlərini yoluxdura bilər, ona görə bu məhdudiyyətin ‘kollektiv fayda’ məntiqi mövcud deyil, çünki peyvəndlənmiş insan özü xəstəliyi asan keçirsə belə digərlərini yoluxdurur. Peyvənd olunmuş insanlar da xəstələnirlər, bu o deməkdir ki, restorana gələn hər kəsin əlində Covid pasportun olması sizin yoluxmamağınız demək deyil. Amma iqtisadiyyat və biznes sahələri bundan əziyyət çəkir.

Zənnimcə indi daha önəmli sual budur - COVID -19 virusuna yoluxmaların davam etdiyi bir zaman səhiyyə sistemimiz təzyiq altında işləməyə öyrəşdimi?

Bu suallar, ölkədə neçə adamın COVID pasportu sahibi olması sualından daha əhəmiyyətlidir. COVID pasportunun tətbiqinin məqsədəuyğunluğu isə məndə hələ də sual doğurur".

Paylaş:
357

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər