Şirvanda dələduzluq edən şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Qafar Ağayev13:34 - Bu gün
Şirvanda dələduzluq edən şəxs saxlanılıb

Şirvanda dələduzluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan 1news.az-a verilən məlumata görə, keçirilən tədbirlərlə beş nəfər şəhər sakininə qarşı dələduzluq etməkdə şübhəli bilinən Fərhad Xəlilov saxlanılıb.

Bildirilib ki, adıçəkilən şəxsin zərərçəkənlərin etibarından istifadə edərək, onlara yüksək məvacibli yaxşı işlə təmin olunmalarında köməkliklər göstərəcəyi barədə vədlər verdiyi və ümumilikdə 15400 manatı dələduzluq yolu ilə ələ keçirdiyi müəyyən edilib.

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi açılıb, F.Xəlilov barəsində həbs qətimkan tədbiri seçilib.

Saxlanılan şəxsin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə polisə məlumat verə bilərlər.

Paylaş:
71

Son xəbərlər

Bütün xəbərlər