Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTO

17:36 - 22 / 10 / 2021
Naxçıvanın turizm potensialı mediatur çərçivəsində nümayiş olunub - FOTO

21-22 oktyabrda Dövlət Turizm Agentliyi və Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin birgə təşkilatçılığı ilə mediatur keçirilib.

1news.az xəbər verir ki, mediaturun əsas məqsədi Naxçıvanın turizm imkanlarının nümayiş etdirilməsi, çoxçeşidli turizm potensialının və turizm əhəmiyyətli məkanlarının geniş auditoriyaya tanıdılması, eləcə də bölgəyə turist səfərlərinin təşviq edilməsidir.

Mediaturda iştirak edən Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev Naxçıvanın turizm potensialının və tarixi-mədəni irsinin beynəlxalq və regional miqyasda tanıdılmasının iqtisadi və strateji əhəmiyyət kəsb etdiyini, bu istiqamətdə fəaliyyətlərin davam etdirildiyini qeyd edib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov Dövlət Turizm Agentliyi ilə birgə Muxtar Respublikada turizmin inkişaf etdirilməsi ilə bağlı 2020-2023-cü illər üzrə birgə Fəaliyyət Planının hazırlandığını bildirib.

O, fəaliyyət planının əsas məqsədinin müxtəlif növ turizm məhsullarının hazırlanması, infrastrukturun inkişaf etdirilməsi ilə NMR-a gələn xarici və yerli turistlərin sayında artıma nail olmaq olduğunu deyib.

Naxçıvanın yay və qış turizm imkanlarının zəngin olduğunu qeyd edən Azərbaycan Turizm Bürosunun Baş icraçı direktoru Florian Zenqstşmid bölgənin eko, təbiət, qastronomik, mədəni, sağlamlıq turizminin inkişafı üçün geniş resurslara malik olduğunu vurğulayıb.

O, Naxçıvanın hədəf bazarlarda turizm destinasiyası kimi təbliğ etməyin və beynəlxalq bazarlarla hava əlaqəsini yaxşılaşdırmağın qarşıda duran əsas vəzifələrdən biri olduğunu qeyd edib.

Kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə keçirilən mediatur çərçivəsində Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib.

Səfər zamanı media nümayəndələri Heydər Əliyev Muzeyi, Dövlət Bayrağı Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi, “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi, “Nuh Peyğəmbərin məzarüstü türbəsi” və “Əshabi-Kəhf Ziyarətgahı” Dini-Mədəni Abidə Kompleksini ziyarət edərək bu məkanlar haqda məlumatlandırılıblar.

Mediatur iştirakçıları “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyi, Batabat yaylağı, Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsi, “Duzdağ” Fizioterapiya Mərkəzinin fəaliyyəti və turizm potensialı, "Badamlı" sularının istehsal prosesi ilə yaxından tanış olublar.

Səfər çərçivəsində KİV nümayəndələrinin maraq doğuran sualları cavablandırılıb.

1news.az

Paylaş:
151

Son xəbərlər

Dolların dekabrın 6-na olan rəsmi məzənnəsi açıqlanıb03 / 12 / 2021, 18:14Muğanbankda struktur dəyişikliyi03 / 12 / 2021, 18:05BRAVO iki dövlət qurumundan təşəkkürnamə aldı - FOTO03 / 12 / 2021, 18:00Neftçala rayonunun ən uzun ömürlü sakini rəhmətə gedib03 / 12 / 2021, 17:57Sərnişin avtobusun ödəniş terminalını sındırdı - VİDEO03 / 12 / 2021, 17:48Azərbaycanın XİN başçısı ATƏT-in baş katibi ilə görüşüb03 / 12 / 2021, 17:35Xəzərdə bədəninin bir hissəsi olmayan kişi meyiti tapıldı03 / 12 / 2021, 17:31Bu ölkədə müdafiə nazirinin oğlu qəzada öldü03 / 12 / 2021, 17:24Bu günə qədər “YAŞAT” Fonduna daxil olan vəsait açıqlandı03 / 12 / 2021, 17:17Müharibədən sonrakı faciələrin 53 faizi azad edilən ərazilərə qanunsuz səfərlər nəticəsində baş verib03 / 12 / 2021, 17:10ATƏT nümayəndəsinə Azərbaycanda media azadlığı istiqamətində görülən işlər barədə məlumat verilib03 / 12 / 2021, 17:07Ötən ay xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? - Say AÇIQLANDI03 / 12 / 2021, 16:45Evi tərk edən koronavirus xəstəsi küçədə saxlanıldı03 / 12 / 2021, 16:41Bakıda NATO-nun təlim kursu keçirilib03 / 12 / 2021, 16:32Bakının məşhur gecə klubunda qızın damarlarını doğraması hadisəsinin ANBAAN VİDEOsu03 / 12 / 2021, 16:19Ceyhun Bayramov Polşa xarici işlər naziri ilə görüşüb03 / 12 / 2021, 16:15Ağdamda xüsusi təhsil kvartalının yaradılması nəzərdə tutulur03 / 12 / 2021, 16:12Nazir: “Kəlbəcərin qızıl ehtiyatları ilə bağlı geoloji-axtarış işlərinə başlanılıb”03 / 12 / 2021, 16:04Qarabağ və Şərqi Zəngəzurda heyvan xəstəliklərindən azad zona yaradılır03 / 12 / 2021, 16:02Nazir: “Azərbaycan-Türkiyə birgə universitetinin yaradılması işlərinə başlamışıq"03 / 12 / 2021, 15:57
Bütün xəbərlər

Next TV