Ata və azyaşlı övladı su anbarında boğulub - Ağdamda bədbəxt hadisə | 1news.az | Xəbərlər
Cəmiyyət

Ata və azyaşlı övladı su anbarında boğulub - Ağdamda bədbəxt hadisə

First News Media15:53 - Bu gün
Ata və azyaşlı övladı su anbarında boğulub - Ağdamda bədbəxt hadisə

Ağdamda bədbəxt hadisə baş verib.

1news.az-ın APA-ya istinadən xəbərinə görə, hadisə rayonun Xaçındərbənd kəndi ərazisində yerləşən Xatın su anbarında qeydə alınıb.

İlkin məlumata əsasən, ata iki azyaşlı övladı ilə birlikdə su anbarında çimərkən batıb. Uşaqlardan birini xilas etmək mümkün olsa da, ata və digər azyaşlı övladının həyatını xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin dalğıc-axtarış qrupları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Paylaş:
83

Son xəbərlər

Bütün xəbərlər