Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub | 1news.az | Xəbərlər
Cəmiyyət

Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub

First News Media11:50 - Bu gün
Ağsuda çətənə kolu yetişdirən şəxs həbs olunub

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 51 yaşlı Amil Nağıyev saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, onun yaşadığı ünvandan çətənə kolları aşkarlanıb.

Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib.

Faktla bağlı cinayət işi başlanılıb, A.Nağıyev barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Paylaş:
89

Son xəbərlər

Bütün xəbərlər