Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb

First News Media16:26 - Bu gün
Bakıda motosikletinin təmiri üçün eyni markalı motosikleti oğurlayan şəxs saxlanılıb

Binəqədi rayonu ərazisində yerləşən hotelin qarşısından “Vajaj-Pulfa” markalı motosiklet oğurlanıb.

1news.az-ın xəbərinə görə, bu barədə zərərçəkən polisə müraciət edib. Binəqədi RPİ 5-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən 22 yaşlı R.Məmmədli motosikletlə birgə saxlanılıb.

Araşdırma zamanı məlum olub ki, saxlanılan şəxs ona məxsus olan eyni markalı motosikleti təmir etmək üçün otelin qarşısında gördüyü nəqliyyat vasitəsini oğurlayıb.

Araşdırma davam etdirilir.

Paylaş:
85

Son xəbərlər

Bütün xəbərlər