Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq - ADLAR | 1news.az | Xəbərlər
Cəmiyyət

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq - ADLAR

15:47 - Bu gün
Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq - ADLAR

Birinci Qarabağ müharibəsinin daha 6 itkin-şəhidi dəfn olunacaq.

1news.az  xəbər verir ki, bu barədə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası məlumat yayıb.

Nuriyev Yarməmməd Maqsud oğlu iyulun 1-i Xaçmaz rayonu, Köhnə Xudat kənd qəbiristanlığında;

Kamalov Bahadur Məhəmməd oğlu iyulun 3-ü Kəlbəcər rayonu, Zar kəndi, yeni  qəbiristanlığında;

Babayeva Mədinə Rəhim qızı iyulun 3-ü Kəlbəcər rayonu, Daşbulaq kənd qəbiristanlığında;

Əhmədov Rauf Əjdər oğlu iyulun 3-ü Goranboy rayonu, Sarov kənd qəbiristanlığında; 

Musayev Dəyanət Salik oğlu iyulun 3-ü Ucar rayonu, Boyat kənd qəbiristanlığında;

Əliyev Möysüm Murad oğlu iyulun 3-ü Füzuli rayonu, Mahmudlu 2 kənd qəbiristanlığında dəfn olunacaq.

Paylaş:
178

Son xəbərlər

Bütün xəbərlər