Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir? | 1news.az | Xəbərlər
Cəmiyyət

Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Qafar Ağayev17:15 - 27 / 10 / 2021
Borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları necə rəsmiləşdirilməlidir?

Son illər vergiödəyiciləri tərəfindən borc vəsaitlərinin alınması və qaytarılması əməliyyatları çox aktual məsələyə çevrilib.

Təsərrüfat subyektinin fəaliyyətinin formalaşdırılması və yaxud da hər hansı bir əməliyyatın reallaşdırılması üçün təcili maliyyə vəsaitinə ehtiyacın olması və bu ehtiyacın təcili formada təsisçi tərəfindən reallaşdırılması kimi əməliyyatlar təcrübədə çox baş verir.

1news.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, belə əməliyyatların rəsmiləşdirilməsi ilə bağlı yaranan suallara sərbəst auditor Altay Cəfərov aydınlıq gətirib.

Onun sözlərinə görə, borc vəsaitləri həm fiziki, həm də hüquqi şəxslərdən alına bilər. Borc müqavilələri isə mülki qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmalıdır. Borc müqavilələri ilə əlaqədar gələcəkdə mübahisələrin yaranmaması üçün notarial qaydada təsdiqlənməsi məqsədəuyğundur.

A.Cəfərov bildirib ki, qanunvericilikdə borc əməliyyatlarında məbləğlə bağlı məhdudiyyətlər qoyulmayıb. Belə ki, məbləğlərin rəsmiləşdirilməsi məsələləri isə “Nağdsız hesablaşmalar haqqında” Qanunla tənzimlənir və faizsiz pul vəsaitlərinin (vergiödəyicisi olmayan şəxslər tərəfindən pul vəsaitlərinin verilməsi halları istisna olmaqla), digər ayırmaların ödənilməsi və qaytarılması nağdsız formada həyata keçirilməlidir: “Deməli, borc məbləğlərini nağd və nağdsız formada limitsiz qəbul etmək olar. Amma borc məbləğləri ancaq nağdsız formada qaytarılmalıdır. Lakin borcu verən fiziki şəxs olduqda, nağd formada da qaytarmaq olar”.

Paylaş:
399

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər