“Xalq və hakimiyyət arasındakı münasibət qarşılıqlı inam əsasında qurulub” – Deputat
Prezident İlham Əliyevin ölkənin bütün regionlarının inkişafı məsələlərini şəxsi nəzarətində saxlaması, geniş quruculuq və bərpa işlərinə dair ardıcıl tapşırıqlar verməsi, qərarlar qəbul etməsi, Azərbaycanın müasir simasının formalaşdırılması istiqamətində fəaliyyətinə dair müzakirələrin təşkili göz önündədir.
1news.az-ın məlumatına görə Prezidentinin təkcə işğaldan azad olunmuş ərazilər deyil, ölkənin digər bölgələrinə də ardıcıl səfərlər etməsi, bütün şəhər, rayon və kəndlərdə geniş quruculuq işlərinin davam etdirilməsi Azərbaycanın suverenliyinin qorunması, ərazi bütövlüyümüz və hər bir Azərbaycan vətəndaşının rifahıdır. Bu istiqamətdə Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı və İsmayıllıya səfərləri də məhz vətəndaşların həyat şəraitinin yaxşılaşdırılmasına hesablanıb. Hər iki rayonda ölkə başçısı və birinci xanımın açılış mərasimlərində iştirak etməsi, görülən abadlıq-quruculuq işləri tanışlıq məhz işgüzar fəaliyyətin göstəricisidir.
Milli Məclisin deputatı Arzu Nağıyevin fikrincə ölkə başçısının iştirakı ilə mütəmadi olaraq təməlqoyma və açılış mərasimlərinin keçirilməsi Azərbaycan vətəndaşının rifahı üçün atılan ən qabaqcıl addımlardan biridir:
“ İşğaldan azad edilmiş ərazilərimizdə tikinti-quruculuq işlərinin aparılması, sərhədlərimizin bərpası ilə bərabər, eyni zamanda Prezident digər ərazilərdə yaşayan vətəndaşlarımızın rifahı ilə bağlı mühüm addımlar atır. Məhz bunun bariz nümunəsi kimi biz Prezidentin İsmayıllı və Şamaxıya səfərini göstərə bilərik. Məlumdur ki, burada bir sıra obyektlərin açılması, o cümlədən Şamaxı şəhərində Stadionun açılışı, Lahıcdakı məsciddə aparılan bərpa işləri ilə tanışlıq, Şamaxıda Pirsaat baba ziyarətgah məscid kompleksinin bərpa və yenidənqurmadan sonra açılışı, illərlə təmirə ehtiyacı olan Şamaxıda Çarhan kənd orta məktəbinin yeni binasının açılışı Prezidentin vətəndaşına göstərdiyi qayğının bariz nümunəsidir. Ümumiyyətlə səfər çərçivəsində Heydər Əliyev Fondunun dəstəyi ilə Şamaxıda inşa edilən 7 saylı körpələr evi-uşaq bağçasının açılışı, parkların açılışı, kəndlərdə Yaradıcılıq mərkəzlərinin istifadəyə verilməsi mühüm əhəmiyyət kəsb edən məsələlərdir. Qeyd edim ki, Prezidentin "Azərişıq" ASC-nin Şimal-Qərb Regional SCADA İdarəetmə Mərkəzinin açılışında iştirakı çox vacib məqamdır. Bu kənd yerlərində insanların enerji təsərrüfatının ödənilməsinə hesablanan çox ciddi məsələlərdəndir. Prezidentin əsas siyasəti öz vətəndaşının yanında olmaq, onun rifahı naminə addımlar atmaqdır. Prezidentin və birinci xanımın vətəndaşlarla görüşməsi və səmimi söhbətin aparılması bir daha göstərir ki, xalq və hakimiyyət arasındakı münasibət qarşılıqlı inam əsasında qurulub”.
Aytən Sakitqızı