ATƏT-in Minsk Qrupunun fransalı həmsədri dəyişib

Fransanın ATƏT-in Minsk Qrupundakı təmsilçisi dəyişib.
1news.az-ın “Sputnik Armenia”ya istinadən verdiyi xəbərə görə, bu barədə Fransa hökumətinin saytında məlumat verilib.
Bildirilib ki, Stefan Viskontinin yerinə bu vəzifəyə Bris Rokfeyl təyin edilib.
Qeyd edək ki, S. Viskonti 2016-ci ilin oktyabrından etibarən adıçəkilən vəzifədə çalışıb.
Xatırladaq ki, yeni təyinata qədər B. Rokfeyl Fransanın Panama və Özbəkistanda səfiri, Rio de Janeyroda Baş konsulu, 2000-ci illərdə Fransanın Rusiya və Türkiyədəki səfirliklərində siyasi məsləhətçi olub.
1news.az
326