“İndiki məqamda Azərbaycanın belə Foruma ev sahibliyi etməsi təqdir olunur” - Deputat

“Prezident İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə noyabrın 4-də “COVID-19-dan sonrakı dünya” mövzusunda növbəti Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə mərkəzi kimi Bakının müəyyənləşdirildiyinin göstəricisidir”
Bu fikirləri Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu mövzu ilə bağlı 1news.az-a danışarkən bildirib:
“İlk öncə deyim ki, 2013-cü ilin may ayında ilk Qlobal Bakı Formu təşkil edildi. Həmin Forumda müzakirə olunan məsələlərin kontekstinə baxsaq görərik ki, dünyanı narahat edən problemlər ətrafında müzakirələr aparıldı. Bu o deməkdir ki, bütövlükdə qlobal təhlükəsizliyin təmin olunmasında Azərbaycanın təşəbbüsləri dünya dövlətləri tərəfindən dəstəklənir. Dünya dövlətləri Bakıya böyük etimadlarını nümayiş etdirirlər. Qlobal təhlükəsizliyin təmin olunmasında Azərbaycan Prezidentinin təşəbbüsü dünya ölkələrinin maraqlarına cavab verir. Bu baxımdan Beynəlxalq təhlükəsizliyin təmin olunması istiqamətində qlobal məsələlərin müzakirəsi, qlobal problemlərin aradan qaldırılması istiqamətində Prezidentin təşəbbüsünə böyükl ehtiram və etimadla yanaşırlar. Müvafiq olaraq Qlobal Bakı Formu hər zaman daha çox narahatlıq doğuran məsələlərin ətrafında müzakirələrin aparılması ilə yadda qalır. VIII Qlobal Bakı Formu çərçivəsindıə müsasir mərhələdə dünya dövlətlərini narahat edən məsələlə ətrafında müzakirə ilə yadda qalmaqdadır. Təbii ki, ölkə rəhbərinin həm çıxış həm giriş nitqində dünyanı narahat edən müxtəlif məsələlər ətrafında konseptual xarakterli fikirlər səsləndirildi. Ayrıca olaraq indiki məqamda Azərbaycanın belə Formu təşkil etməsi təqdir olunur. Nəzərə almalıyıq ki, pandemiya dövründə Azərbaycan yüksək təhlükəsizlik tədbirləri görərək belə bir Foruma ev sahibliyi etdi. Azərbaycanın hakimiyyətinin təhlükəsizliyin təmin olunması istiqamətində bu səriştəsi və bu cəsarəti də açıq mətnlə ifadə olunaraq dilə gətirildi”