Türkiyənin müdafiə naziri: “Azərbaycan yalnız deyil, bunu hər kəsin bilməsi lazımdır” | 1news.az | Xəbərlər
Siyasət

Türkiyənin müdafiə naziri: “Azərbaycan yalnız deyil, bunu hər kəsin bilməsi lazımdır”

13:45 - 09 / 11 / 2021
Türkiyənin müdafiə naziri: “Azərbaycan yalnız deyil, bunu hər kəsin bilməsi lazımdır”

“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir çıxışında demişdi ki, biz barış göyərçini olmaq istəyirik ”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bunu Türkiyə Respublikasının milli müdafiə naziri Hulusi Akar Azərbaycan müdafiə naziri general-polkovnik Zakir Həsənovla birgə mətbuat konfransında bildirib.

H. Akar deyib ki, Vətən müharibəsində haqlı bir mübarizə aparılıb: “Hər hansı bir ölkənin torpağı işğal olunmayıb, hər hansı xalqın, qrupun haqqı qəsb olunmayıb. Azərbaycan öz torpaqlarını işğaldan azad etmək üçün səy göstərdi. Bundan sonrakı dövrdə düşmənçiliklə bir yerə gedilə bilinməyəcəyini Ermənistan başda olmaqla, hər kəsin anlaması və gələcəyə baxması lazımdır. Bu mənada əməkdaşlıq, tərəflərin təhlükəsizliyi, haqq və mənfəətlərinin qorunması, xalqların rifahı baxımından görüş və danışıqların keçirilməsinin vacibliyi ilə bağlı həm Prezident İlham Əliyevin, həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çoxsaylı açıqlamaları var”.

Türkiyənin müdafiə naziri Azərbaycanın yalnız olmadığını vurğulayıb: “Bunu hər kəsin bilməsi lazımdır. Biz əlimizi daşın altına qoyduq və hər zaman da qoyacağıq”.

H. Akar qeyd edib ki, BMT Təhlükəsizlik Şurası, ATƏT 30 il ərzində münaqişənin həlli ilə bağlı bir addım atmadı: “Ermənistan siyasi-hərbi rəhbərliyi o qədər arxayınlaşdı ki, yenə hücum etməyə çalışırdılar. Keçən ilin iyununda, iyulunda əməllərini xatırlayaq. Bunun qarşılığında bizim Azərbaycanla birlikdə olmamız çox təbiidir. Azərbaycan və Türkiyə tək millət, iki dövlətdir. Bunu hər kəsin bilməsi lazımdır. Biz Azərbaycanın yanındayıq”.

1news.az

Paylaş:
442

Son xəbərlər

COP29 çərçivəsində İqtisadiyyat Nazirliyi tərəfindən təşkil edilmiş tədbirlərBu gün, 18:52Azərbaycan və Türkiyə dəniz xüsusi təyinatlıları şərti düşmən arxasına helikopterdən enmə tapşırıqları yerinə yetiriblərBu gün, 17:51Bakı ilə Seul arasında birbaşa uçuşlar həyata keçiriləcəkBu gün, 17:44Milli Məclisin 29 noyabra olan gündəliyi açıqlanıb - SİYAHIBu gün, 17:41Bəzi ərazilərə qar yağır - FAKTİKİ HAVABu gün, 17:23Özbəkistan Baş Prokurorluğu Komil Allamjonova sui-qəsd cəhdi ilə bağlı cinayət işinin yeni təfərrüatlarını açıqlayıbBu gün, 17:12Nəsimi rayonunda qanunsuz tikilinin qarşısı alındıBu gün, 17:08Sabah bələdiyyə seçkilərinin tarixi elan ediləcəkBu gün, 16:52Sevinc Fətəliyeva: “Azərbaycan COP29-la beynəlxalq ictimaiyyətin inam və etimadını növbəti dəfə doğrultdu”Bu gün, 16:41“Araz-2024” birgə taktiki təliminə hazırlıq prosesi başa çatıb - FOTOBu gün, 16:34Milli Məclis gələn ilin dövlət büdcəsini I oxunuşda qəbul edibBu gün, 15:59Metroda qatarlar “Əhmədli” stansiyasına qədər hərəkət edəcək - “Həzi Aslanov” təmirə dayanırBu gün, 15:52Azərbaycanda daha 549 mənzil kirayə üsulu ilə satışa çıxarılacaqBu gün, 15:36Bakı metrosunun iş rejimində bir günlük dəyişiklik olacaqBu gün, 15:25Hikmət Hacıyev: “Politico” nəşri dezinformasiya yaymaqda davam edirBu gün, 15:18Xarici jurnalistlər Qala qoruğunda olublarBu gün, 14:32AMEA Yüksək Texnologiyalar Parkının adı dəyişdirilib - SƏRƏNCAMBu gün, 14:10Bakının rayonlarında qışa hazlıqla bağlı müşavirələr keçirilirBu gün, 14:01Elçin Məsiyev UEFA Konfrans Liqası matçının baş hakimi təyin olunubBu gün, 13:47Bakı Dairəvi avtomobil yoluna giriş-çıxış genişləndirildi - FOTO - VİDEOBu gün, 13:18
Bütün xəbərlər